"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Hava Limanları İnfrastrukturu İdarəsi/ Mühəndis-elektronçu

Hava Limanları İnfrastrukturu İdarəsi/ Mühəndis-elektronçu

Bu gün

486

Təsvir

  • Baqaj lentlərinin, teleskopik trapların və digər texnoloji avadanlıqların texniki vəziyyətinə mütəmadi nəzarət etmək;
  • Avadanlıqlarda yaranan nasazlıqları vaxtında aşkar etmək və onların aradan qaldırılmasını təmin etmək;
  • Avadanlıqların fasiləsiz və etibarlı fəaliyyətini təmin etmək məqsədilə profilaktik texniki baxış və planlı təmir işlərini həyata keçirmək;
  • Elektron və avtomatlaşdırılmış idarəetmə sistemlərinin saz və işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Texniki xidmət və təmir işlərini əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına uyğun həyata keçirmək;
  • Görülmüş texniki xidmət və təmir işləri üzrə müvafiq hesabatların hazırlanmasında iştirak etmək;
  • Şöbə rəhbərliyi tərəfindən vəzifə öhdəliklərinə uyğun verilən digər tapşırıqları icra etmək.

Tələblər

  • Ali təhsil (Elektronika, elektrik mühəndisliyi, avtomatika və ya digər əlaqəli texniki ixtisaslar);
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – B1 səviyyəsində, rus dili – arzuolunandır (Texniki ingilis dili biliyi (avadanlıqların istismarı, texniki sənədlərin oxunması və beynəlxalq standartlarla işləmək üçün üstünlük kimi qiymətləndirilir);
  • Kompüter bilikləri: MS Word, MS Excel və MS PowerPoint;
  • Yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Problemlərin həlli bacarığı;
  • Təqdimat bacarıqları;
  • Öyrənmə qabiliyyəti;
  • Dəyişikliklərə uyğunlaşma bacarığı;
  • Komandada işləmək bacarığı.


İş qrafiki:

  • Növbəli

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı


Vakansiya haqqında

Son tarix

November 24, 2026

Paylaşılıb

noyabr 19, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Digər