"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Hava Limanları İnfrastrukturu İdarəsi/Əsaslı tikinti, inkişaf və texniki təkmilləşdirmə şöbəsi/İnşaat üzrə aparıcı mühəndis

Hava Limanları İnfrastrukturu İdarəsi/Əsaslı tikinti, inkişaf və texniki təkmilləşdirmə şöbəsi/İnşaat üzrə aparıcı mühəndis

Bu gün

36

Təsvir

  • Tikinti və cari təmir işləri üzrə iş həcmlərini yerində baxış və texniki sənədlər əsasında müəyyən etmək, ölçmə və hesablama işlərini aparmaq;
  • Tikinti və təmir işlərinin mövcud vəziyyətini qiymətləndirmək, aşkar edilmiş qüsur və çatışmazlıqları müəyyənləşdirmək, qüsur aktlarını hazırlamaq;
  • Tikinti işlərinin təsdiq edilmiş layihələrə, texniki şərtlərə, tikinti norma və standartlarına uyğun həyata keçirilməsinə texniki nəzarət etmək;
  • Görülən işlərin keyfiyyətinə, həcminə, istifadə olunan tikinti materiallarının və tətbiq edilən texnologiyaların texniki tələblərə uyğunluğunu yoxlamaq;
  • Layihələr üzrə tikinti və təmir işlərinin planlaşdırılması, təşkili və icrasına nəzarət prosesində iştirak etmək;
  • Podratçı təşkilatlar tərəfindən yerinə yetirilən işlərin texniki baxımdan qiymətləndirilməsini həyata keçirmək;
  • Aşkar edilmiş qüsur və uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;
  • Tikinti və təmir işləri üzrə texniki sənədləri, hesabatları, ölçü cədvəllərini və müvafiq aktları hazırlamaq;
  • Müasir inşaat texnologiyalarının və səmərəli texniki həllərin tətbiqi ilə bağlı təkliflər vermək;
  • Tikinti işlərinin müəyyən edilmiş qrafikə, keyfiyyət göstəricilərinə və texniki tələblərə uyğun icrasını təmin etmək;
  • Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Görülmüş işlər, texniki məsələlər və aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyə məlumat və hesabatlar təqdim etmək;
  • Birbaşa rəhbər tərəfindən vəzifə səlahiyyətləri çərçivəsində verilən digər tapşırıqları yerinə yetirmək.


Tələblər

  • Təhsil: İnşaat mühəndisliyi və ya müvafiq mühəndislik ixtisası üzrə bakalavr dərəcəsi;
  • İş təcrübəsi: İnşaat, tikinti və ya cari təmir işləri sahəsində minimum 2 il iş təcrübəsi;
  • Tikinti və təmir işlərinin təşkili, iş həcmlərinin hesablanması və qüsur aktlarının hazırlanması üzrə praktiki biliklər;
  • Tikinti norma və standartları, texniki şərtlər, layihə sənədləri və tikinti materiallarının xüsusiyyətləri barədə biliklər;
  • Tikinti və təmir işlərinə texniki nəzarət, işlərin keyfiyyətinin qiymətləndirilməsi və qüsurların müəyyən edilməsi bacarığı;
  • Texniki sənədlərin, hesabatların və müvafiq aktların hazırlanması və tərtib edilməsi bacarığı;
  • MS Word, MS Excel və MS Outlook proqramları ilə işləmək bacarığı;
  • Azərbaycan dilini əla səviyyədə bilmək;
  • Yüksək ünsiyyət və danışıqlar aparmaq, qərarvermə və problem həll etmə bacarıqları;
  • Komandada işləmək, dəyişikliklərə uyğunlaşmaq və yeni bilikləri mənimsəmək qabiliyyəti;
  • Sahədə operativ qərarvermə, analitik düşünmə və işlərin prioritetləşdirilməsi bacarığı.


İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı

İş rejimi: 5 günlük


Vakansiya haqqında

Son tarix

November 6, 2026

Paylaşılıb

oktyabr 27, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər