Hava məkanı istifadəçilərinin siyahısının dəyişmə tendensiyasını araşdırmaq və Mərkəz rəisini məlumatlandırmaq;
Azərbaycan Respublikası hava məkanının potensial istifadəçiləri və istifadəçi aviaşirkətlərin cədvəlinin mütəmadi mövsümqabağı (qış, yay) analizini yerinə yetirmək;
NOP Portal Eurocontrol və Flightradar 24 analitik təhlili vasitəsi ilə Azərbaycan Respublikası hava məkanından potensial istifadəçi bazarının daimi xülasəsini həyata keçirmək;
Aeronaviqasiya xidmətlərinə görə rüsumların/yığımların həyata keçirilməsi məqsədi ilə «naməlum» kateqoriyasında olan aviaşirkətlərlə kontakt yaratmaq (əlaqəyə girmək).
Tələblər
Vətəndaşlıq: AR vətəndaşı olmaq;
Yaş: 22-40 yaş aralığında olmaq;
Təhsil: Ali təhsil (müvafiq sahə üzrə);
Dil bilikləri: Azərbaycan – səlis, İngilis – səlis;
Məsuliyyətli və intizamlı olmaq;
Microsoft Office bacarıqları: Yüksək səviyyədə bilik və təcrübə;
Güclü analitik düşüncə və problemlərin həlli bacarıqları;
Coğrafi biliklərə sahib olmaq;
Yüksək səviyyədə ünsiyyət qurma və komandada işləmə bacarıqları.