İcarədarların dizayn təkliflərinin hava limanı standartlarına və brend tələblərinə uyğunluğunu qiymətləndirmək (materiallar, işıqlandırma, nişanlar və s.);
İcarəyə verilmiş sahələrin dizayn və tikinti mərhələlərini yönləndirmək və koordinasiya etmək;
Tikinti layihələrinin düzgün icrasını təmin etmək üçün memarlar, podratçılar və daxili komandalar (əməliyyatlar, mühəndislik, təhlükəsizlik) ilə sıx əməkdaşlıq qurmaq;
Tikinti və quraşdırma işlərinin bina normalarına, təhlükəsizlik və ətraf mühit standartlarına uyğunluğunu nəzarətdə saxlamaq;
İcarədarların təmir-tikinti işlərini razılaşdırılmış cədvələ uyğun tamamlamalarını təmin etmək və icarə sahələrinin vaxtında fəaliyyətə başlamasına dəstək olmaq;
Pərakəndə MEP (mexaniki, elektrik, santexnika) layihələrinin hazırlanması və icrasına rəhbərlik etmək;
MEP layihələrini texniki baxışdan keçirmək (DWG fayllarında: HVAC, yanğınsöndürmə, santexnika və s.);
İcarədarlar, alt podratçılar, operatorlar və digər maraqlı tərəflərlə görüşləri təşkil etmək və idarə etmək (yerində və ya ofis şəraitində);
Bütün layihələrin texniki sənədlərini (xüsusilə DWG faylları) nəzərdən keçirmək və uyğunluğunu yoxlamaq;
Tikinti mərhələsində olan mağazaların fəaliyyətlərinin audit yoxlamasını həyata keçirmək;
Planlaşdırılan layihələrin test və istismara hazırlıq mərhələlərində iştirak etmək;
İcarə və kommersiya şöbələrinin texniki tələblərini tikinti komandası və ya icarədarlara izah etmək və çatdırmaq.
Tələblər
Təhsil: Ali təhsil (Memarlıq, interyer dizayn, inşaat mühəndisliyi, tikinti menecmenti üzrə təhsil);
Dil bilikləri: Azərbaycan dili - Ana dili; İngilis dili - yüksək səviyyə;
Proqram bilikləri: Microsoft Office proqramları;
Dizayn və təmir-tikinti işləri ilə bağlı proqramları sərbəst işlətmək bacarığı;