İnsidentlərin idarə edilməsi prosesini dəstəkləmək və təkmilləşdirmək; eskalasiya matrislərini idarə etmək;
SLA tələblərinə uyğunluğu təmin etmək; P1/P2 səviyyəli insidentlərin koordinasiyasını həyata keçirmək.
Problemlərin idarə edilməsi – Kök Səbəb Analizinin (Root Cause Analysis) və Məlum Xətalar Bazasının (Known Error Database) koordinasiyasını təmin etmək; sistem səviyyəsində davamlı təkmilləşdirmələri təşviq etmək;
Dəyişikliklərin idarə edilməsi – RFC və CAB proseslərinin təkmilləşdirilməsi; dəyişiklik risklərinin qiymətləndirilməsi; istehsal mühitinə təsirin idarə olunması;
Konfiqurasiya Bazalarının idarə edilməsi – CMDB-ni qurmaq və idarə etmək; məlumatların yenilənməsi prosedurlarını hazırlamaq və tətbiq etmək.
Xidmət səviyyəsinin idarə edilməsi – SLA sənədlərini hazırlamaq; uyğunluğa nəzarət etmək;
Xidmət Səviyyəsi Hesabatlarını hazırlamaq və təkmilləşdirmək.
Rəqəmsal xidmətlər, məlumat və texnologiya üzrə idarəetmə – siyasət və prosedurlar hazırlamaq; COBIT 2019 uyğunluq (gap analizini aparmaq; ISO auditlərinə hazırlıq işlərini koordinasiya etmək;
IT Xidmət Kataloqunu hazırlamaq və aktuallığını qorumaq (xidmətlər, SLA-lar, məsul şəxslər);
Proses İcmallarını (Process Reviews) və İnsidentdən Sonrakı Təhlilləri (Post-Incident Reviews – PIR) təşkil etmək və koordinasiya etmək;
Proseslər və xidmətlər üzrə İT risk reyestrini idarə etmək; risklərin azaldılması tədbirlərinin icrasını izləmək
Tələblər
Təhsil səviyyəsi: Ali (Bakalavr);
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
Komanda ilə işləmə bacarığı;
Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
Danışıqların aparılması bacarığı;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Təqdimat bacarıqları;
Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili, Rus dili orta.