"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
İnsan Resursları İdarəsi/Təşkilati-inkişaf şöbəsi/Aparıcı mütəxəssis

İnsan Resursları İdarəsi/Təşkilati-inkişaf şöbəsi/Aparıcı mütəxəssis

18-02-2025

772

Təsvir

  • Şirkət daxilində və xaricində mükafatlandırma sistemlərini araşdırmaq və analiz etmək;
  •  Bazar tələblərinə uyğun olaraq əmək haqqı sistemini inkişaf etdirmək;
  • İşçilərə təqdim olunan imtiyazları (sığorta, istirahət günləri, mükafat və s.) hazırlamaq və idarə etmək;
  •  İmtiyazların effektivliyini qiymətləndirmək və təkmilləşdirmək;
  •  Şirkət üçün mükafatlandırma və imtiyazlar siyasətini hazırlamaq və tətbiq etmək;
  • Hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  •  Fəaliyyətin qiymətləndirilməsi prosesinin tənzimlənməsi və idarəedilməsi;
  •  İşçi qüvvəsi ilə bağlı məlumatları toplamaq, analiz etmək və tendensiyaları müəyyən etmək;
  •  Bazar tələbləri və təşkilatın strateji planları əsasında işçi qüvvəsi planları hazırlamaq;
  •  Təşkilatın məqsədlərinə uyğun olaraq işçi qüvvəsinin optimallaşdırılması üçün strategiyalar hazırlamaq;
  • İşçi qüvvəsi metrikaları və hesabatlar hazırlamaq;
  • İşçi qüvvəsi büdcələrinin hazırlanmasında müvafiq struktur vahidlər  ilə əməkdaşlıq etmək;
  • İşçi qüvvəsi planlaşdırma praktikalarının müvafiq əmək qanunlarına və tənzimləmələrə uyğunluğunu təmin etmək;
  •  Daxili qaydaların və prosedurların uyğunluğunu təmin etmək.


Tələblər

  • Təhsil tələbləri: İqtisadiyyat, İnsan resursları və ya müvafiq sahədə bakalavr dərəcəsi;
  • Kompensasiya və imtiyazlar və minimum 2+ il iş təcrübəsi;
  • Fəaliyyətin qiymətləndirilməsi sahəsində 2+ il iş təcrübəsi;
  • Əla yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Problemi həll etmə bacarığı;
  • Təqdimat bacarıqları;
  • Microsoft Word, Excel və Powerpoint proqramları ilə səlis işləmə bacarığı;
  • Azərbaycan, ingilis dillərini mükəmməl səviyyədə bilmək;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı.



Vakansiya haqqında

Son tarix

fevral 25, 2025

Paylaşılıb

fevral 18, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə