Biznes Tələblərinin toplanması və təhlili: Maraqlı tərəflərlə əməkdaşlıq edərək biznes ehtiyaclarını və tələblərini müəyyənləşdirmək və sənədləşdirmək;
Məlumatların toplanması və təhlili: Uçuş cədvəlləri, sərnişinrezervasiyaları, gəlir və xərclər kimi məlumatları toplayaraq təhlil etmək və nəticələri vizuallaşdırmaq;
Proseslərin təkmilləşdirilməsi: Mövcud biznes proseslərini təhlil edərək səmərəliliyi artırmaq və məhsuldarlığı yüksəltmək üçün təkliflər vermək;
İT layihələrində iştirak: Yeni sistemlərin və ya tətbiqlərin hazırlanması və tətbiqi prosesində iştirak etmək və istifadəçi tələblərini texniki spesifikasiyalara çevirmək;
İstifadəçi tələblərinin toplanması və sənədləşdirilməsi: Müştəri və istifadəçilərlə əməkdaşlıq edərək onların ehtiyaclarını və tələblərini müəyyənləşdirmək və bu tələbləri texniki komandaya aydın şəkildə çatdırmaq üçün sənədləşdirmək;
Maraqlı tərəflərlə əlaqələrin idarə edilməsi: Biznes və texniki komandalar arasında əlaqə quraraq layihələrin uğurla həyata keçirilməsini təmin etmək;
Rəqəmsal həllərin tətbiqi: innovativ texnologiyaların və rəqəmsal həllərin tətbiqi ilə müştəri təcrübəsini və əməliyyat səmərəliliyini artırmaq;
Məlumatların idarə edilməsi və təhlükəsizlik: Məlumatların keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün müvafiq siyasət və prosedurların tətbiqi;
Təlim və dəstək: Yeni sistem və proseslər barədə istifadəçilərə təlim vermək və davamlı dəstək göstərmək;
Davamlı Təkmilləşdirmə və İnnovasiya: Əməliyyatların davamlı təkmilləşdirilməsi üçün yeni ideyalar və strategiyalar inkişaf etdirmək.
Tələblər
Təhsil səviyyəsi: Ali (Bakalavr);
Biznes Analitika üzrə minimum 3 il iş təcrübəsi;
Aviasiya sahəsində təcrübəsi üstünlükdür;
Problemi həll etmə, analitik düşünmə bacarığı;
Komanda ilə işləmə bacarığı;
Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
Danışıqların aparılması bacarığı;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Təqdimat bacarıqları;
Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (orta).
İş qrafiki:
Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)