"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
İT Biznes Analitik / İT İdarəsi

İT Biznes Analitik / İT İdarəsi

02-06-2025

476

Təsvir

  • Biznes Tələblərinin toplanması və təhlili: Maraqlı tərəflərlə əməkdaşlıq edərək biznes ehtiyaclarını və tələblərini müəyyənləşdirmək və sənədləşdirmək;
  • Məlumatların toplanması və təhlili: Uçuş cədvəlləri, sərnişinrezervasiyaları, gəlir və xərclər kimi məlumatları toplayaraq təhlil etmək və nəticələri vizuallaşdırmaq;
  • Proseslərin təkmilləşdirilməsi: Mövcud biznes proseslərini təhlil edərək səmərəliliyi artırmaq və məhsuldarlığı yüksəltmək üçün təkliflər vermək;
  • İT layihələrində iştirak: Yeni sistemlərin və ya tətbiqlərin hazırlanması və tətbiqi prosesində iştirak etmək və istifadəçi tələblərini texniki spesifikasiyalara çevirmək;
  • İstifadəçi tələblərinin toplanması və sənədləşdirilməsi: Müştəri və istifadəçilərlə əməkdaşlıq edərək onların ehtiyaclarını və tələblərini müəyyənləşdirmək və bu tələbləri texniki komandaya aydın şəkildə çatdırmaq üçün sənədləşdirmək;
  • Maraqlı tərəflərlə əlaqələrin idarə edilməsi: Biznes və texniki komandalar arasında əlaqə quraraq layihələrin uğurla həyata keçirilməsini təmin etmək;
  • Rəqəmsal həllərin tətbiqi: innovativ texnologiyaların və rəqəmsal həllərin tətbiqi ilə müştəri təcrübəsini və əməliyyat səmərəliliyini artırmaq;
  • Məlumatların idarə edilməsi və təhlükəsizlik: Məlumatların keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün müvafiq siyasət və prosedurların tətbiqi;
  • Təlim və dəstək: Yeni sistem və proseslər barədə istifadəçilərə təlim vermək və davamlı dəstək göstərmək;
  • Davamlı Təkmilləşdirmə və İnnovasiya: Əməliyyatların davamlı təkmilləşdirilməsi üçün yeni ideyalar və strategiyalar inkişaf etdirmək.

Tələblər

  • Təhsil səviyyəsi: Ali (Bakalavr);
  • Biznes Analitika üzrə minimum 3 il iş təcrübəsi;
  • Aviasiya sahəsində təcrübəsi üstünlükdür;
  • Problemi həll etmə, analitik düşünmə bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
  • Danışıqların aparılması bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Təqdimat bacarıqları;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (orta).

 

 

İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)


 

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı


 

Vakansiya haqqında

Son tarix

June 15, 2025

Paylaşılıb

iyun 2, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik