AZAL-ın mövcud İT infrastrukturunun təhlilini aparmaq, çatışmazlıqları, texniki borcları, riskləri və təkmilləşdirmə imkanlarını müəyyən etmək;
Biznes strategiyası və əməliyyat tələblərinə uyğun hədəf İT infrastruktur arxitekturasını hazırlamaq;
Data Center, Disaster Recovery, High Availability və Business Continuity arxitekturasını layihələndirmək və inkişaf etdirmək;
On-premises, cloud və hybrid cloud mühitlərinin arxitekturasını formalaşdırmaq;
Server, storage, virtualization, backup, network, identity və security komponentləri üzrə texniki həllər hazırlamaq;
Kritik sistemlər üçün dayanıqlılıq, miqyaslana bilmə, performans və fault-tolerance tələblərini müəyyən etmək;
Yeni İT layihələri üzrə arxitektura tələblərini hazırlamaq və təqdim edilən texniki həlləri qiymətləndirmək;
İnfrastruktur layihələri üçün High-Level Design, Low Level Design, texniki spesifikasiya, diaqram və digər arxitektura sənədlərini hazırlamaq;
Mövcud sistemlərin modernləşdirilməsi, konsolidasiyası, miqrasiyası və optimallaşdırılması üzrə yol xəritəsi hazırlamaq;
İnfrastrukturun standartlaşdırılması və texnoloji platformaların konsolidasiyası üzrə təkliflər vermək;
Avadanlıq və proqram təminatının həyat dövrünü, tutum ehtiyaclarını və gələcək inkişaf proqnozlarını müəyyən etmək;
Capacity Planning və Performance Management proseslərinin formalaşdırılmasında iştirak etmək;
İnfrastruktur üzrə texnoloji standartlar, prinsiplər və arxitektura qaydaları hazırlamaq;
İnformasiya təhlükəsizliyi komandası ilə birlikdə təhlükəsiz və davamlı arxitektura yanaşmalarının tətbiqini təmin etmək;
Monitorinq, loqlaşdırma, avtomatlaşdırma və observability həllərinin arxitekturasının inkişaf etdirilməsində iştirak etmək;
Tender və satınalma prosesləri üçün texniki tələblərin hazırlanmasında və vendor təkliflərinin qiymətləndirilməsində iştirak etmək;
Təklif edilən həllər üzrə texniki və kommersiya müqayisələri aparmaq, optimal seçimlə bağlı əsaslandırılmış rəy təqdim etmək;
Vendorların və inteqratorların təqdim etdiyi dizayn və həllərin AZAL standartlarına uyğunluğunu yoxlamaq;
Layihələrin icrası zamanı texniki komandalar, biznes bölmələri, təhlükəsizlik komandası və xarici tərəfdaşlar arasında arxitektura koordinasiyasını təmin etmək;
İnfrastrukturla bağlı dəyişikliklərin texniki təsirini və risklərini qiymətləndirmək;
Kritik insidentlərin səbəblərinin araşdırılmasında iştirak etmək və təkrarlanmanın qarşısını alan arxitektura həlləri hazırlamaq;
İT infrastrukturu üzrə büdcə planlaşdırılmasına, texnoloji investisiyaların prioritetləşdirilməsinə və xərclərin optimallaşdırılmasına dəstək vermək;Mövcud infrastruktura dair sənədlərin, sxemlərin, inventar və konfiqurasiya məlumatlarının aktual saxlanılmasını təmin etmək;
Texniki komandalar üçün arxitektura üzrə ekspert dəstəyi və istiqamətləndirmə təqdim etmək.
Tələblər
Təhsil səviyyəsi: Ali (Bakalavr);
Müvafiq vəzifə üzrə minimum 7 il iş təcrübəsi;
Fiziki və virtual server infrastrukturları üzrə dərin biliklər;
VMware, Hyper-V və ya digər virtuallaşdırma platformaları üzrə təcrübə;
Storage, SAN, NAS və ehtiyat nüsxələmə texnologiyaları üzrə biliklər;
Microsoft Windows Server və Linux infrastrukturları üzrə biliklər;
Active Directory, DNS, DHCP, Group Policy və Identity Management həlləri üzrə təcrübə;
LAN, WAN, routing, switching, load balancing, firewall və network segmentation prinsipləri üzrə anlayış;
Microsoft Azure və ya digər cloud platformaları üzrə təcrübə;
Hybrid cloud arxitekturası və workload migration yanaşmaları üzrə biliklər;
Backup, replication, disaster recovery və business continuity prinsipləri üzrə dərin biliklər;
İnfrastruktur təhlükəsizliyi, Zero Trust, hardening və access control prinsipləri üzrə anlayış;
Database infrastrukturu və arxitekturası, yüksək əlçatanlıq, replikasiya, backup, performans və Disaster Recovery prinsipləri üzrə biliklər;
DevOps, CI/CD, Infrastructure as Code (IaC), containerization, orchestration və infrastrukturun avtomatlaşdırılması prinsipləri üzrə biliklər;
IT Governance, IT Service Management (ITSM), Change Management, risklərin idarə edilməsi və İT nəzarət mexanizmləri üzrə biliklər;
Data Center, Disaster Recovery və High Availability həllərinin layihələndirilməsi üzrə praktiki təcrübə.
Problemi həll etmə, analitik düşünmə bacarığı;
Komanda ilə işləmə bacarığı;
Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint) - yüksək;
Windows və Linux əməliyyat sistemləri - yüksək;
Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (orta).
İş qrafiki:
Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)