"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
İT Risklərin İdarə Edilməsi üzrə Aparıcı mütəxəssis / İnformasiya Təhlükəsizliyi İdarəsi

İT Risklərin İdarə Edilməsi üzrə Aparıcı mütəxəssis / İnformasiya Təhlükəsizliyi İdarəsi

12-06-2025

461

Təsvir

  • İT infrastrukturu və avadanlıqları ilə bağlı potensial risklərin müəyyən edilməsi, araşdırılması, qiymətləndirilməsi, yenilənməsi və bu barədə hesabatların hazırlanması;
  • Təşkilatın informasiya təhlükəsizliyi üzrə idarəetmə çərçivələrinin hazırlanması;
  • Müəyyən edilmiş risklərin Risk Reyestrinə daxil edilməsi və onların dövri monitorinqinin təşkil edilməsi;
  • Risklər və baş vermiş İT insidentlərinin "kök səbəb" analizinin aparılması və uyğun tədbirlər planının hazırlanması;
  • İT siyasətləri, prosedurları və standartların hazırlanmasında iştirak etmək və onların tətbiqinə dəstək göstərmək;
  • İnformasiya texnologiyaları siyasətlərində, prosedurlarında və standartlarında uyğunluğa və aktuallığa nəzarət edilməsi, pozulma halların aşkarlanması, lazım olduqda dəyişilməsi, və ya tərtib edilməsi;
  • İT sənədlərinin beynəlxalq standartlara, təcrübələrə və müvafiq tələblərə uyğunluğunu təmin etmək;
  • İnformasiya təhlükəsizliyi üzrə təlim, təhsil və maarifləndirmə proqramları üçün məqsədlərin və kontentin hazırlanmasında iştirak etmək;
  • Təşkilat daxilində risklərin idarə olunması mədəniyyətinin təşviq olunmasında iştirak etmək.

Tələblər

  • Təhsil səviyyəsi: Ali - (Informasiya Təhlükəsizliyi, Kompüter Elmləri);
  • İnformasiya təhlükəsizlik, risklərin idarə olunması və ya audit sahəsində minimum sahəsində minimum 2-3 il iş təcrübəsi;
  • Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
  • Danışıqların aparılması bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
  • Strateji düşünmə qabiliyyəti;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Fundamental İT biliklərinin olması;
  • İT və İnformasiya təhlükəsizliyi risklərin qiymətləndirilməsi və sənədləşmə üzrə bilik və bacarıqlar;
  • İnsidentlərin idarə edilməsi prosesi üzrə bilik və bacarıqlar;
  • Dəyişikliklərin idarə edilməsi prosesi üzrə bilik və bacarıqlar;
  • ISO 27001, ISO 31000, COBIT, ITIL və ya digər müvafiq sertifikatlar üstünlükdür;
  • Təzyiq altında işləmək və iş saatlarından sonra fövqəladə hallara reaksiya vermək bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili - yüksək, İngilis dili - yüksək, Rus dili – orta.



İş qrafiki:

  • 5 günlük (2 gün istirahət)


 

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı


Vakansiya haqqında

Son tarix

June 25, 2025

Paylaşılıb

iyun 12, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər