"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Karqo əməliyyatları üzrə qrup rəhbəri/Karqo Idarəsi

Karqo əməliyyatları üzrə qrup rəhbəri/Karqo Idarəsi

24-11-2025

298

Təsvir

  • Karqo əməliyyatlarının bütün mərhələlərinin səmərəli, fasiləsiz və planlı şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə əməliyyat proseslərinin planlaşdırılmasına, koordinasiyasına və icrasına rəhbərlik etmək.
  • Karqo əməliyyatlarının beynəlxalq və yerli təhlükəsizlik, keyfiyyət və xidmət standartlarına tam uyğun şəkildə aparılmasına sistemli nəzarət həyata keçirmək.
  • Əməliyyat proseslərində yarana biləcək riskləri vaxtında müəyyənləşdirmək, onların təsir dərəcəsini qiymətləndirmək və mümkün mənfi nəticələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər planı hazırlamaq.
  • Daxili prosedurların və əməliyyat qaydalarının davamlı təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamaq, proseslərin keyfiyyətini artırmaq üçün innovativ yanaşmalar tətbiq etmək.

Tələblər

  • Təhsil: Bakalavr;
  • Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – səlis; Rus dili – səlis;
  • Sahə üzrə minimum 3 illik təcrübə;
  • Kompüter bilikləri: MS Office;
  • Danışıqların aparılması bacarığı;
  • Qərar vermə bacarığı;
  • Problemi həll etmə bacarığı;
  • Təqdimat bacarıqları;
  • Öyrənmə qabiliyyəti;
  • İşə uyğunlaşma qabiliyyəti;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Komandada işləmə bacarığı.


Vakansiya haqqında

Son tarix

November 29, 2025

Paylaşılıb

noyabr 24, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat