"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Kiçik Mütəxəssis / Texniki dəstək şöbəsi / İnformasiya Texnologiyaları İdarəsi

Kiçik Mütəxəssis / Texniki dəstək şöbəsi / İnformasiya Texnologiyaları İdarəsi

Bu gün

12

Təsvir

  • İT avadanlıqlarının (kompüter, monitor, printer, mobil cihazlar və digər texniki vasitələr) uçotunun aparılması və inventar məlumatlarının aktual saxlanılması;
  • Avadanlıqların qəbulu, qeydiyyatı, təhvil verilməsi, yerdəyişməsi və geri qaytarılması proseslərində iştirak edilməsi;
  • Avadanlıqların inventar nömrələri və istifadəçi məlumatları üzrə qeydiyyatının aparılması və JIRA-da məlumat bazasına əlavə olunması;
  • İT avadanlıqlarının anbar uçotuna, saxlanmasına və inventarizasiyasına dəstək göstərilməsi;
  • Nasaz, istifadəyə yararsız və köhnəlmiş avadanlıqların müəyyənləşdirilməsi, müvafiq qeydiyyat və silinmə proseslərində iştirak edilməsi;
  • İT avadanlıqları üzrə hesabatların və tələb olunan məlumatların hazırlanmasına dəstək göstərilməsi;
  • İT avadanlıqlarının idarəedilməsi ilə bağlı şirkətin daxili qayda, prosedur və informasiya təhlükəsizliyi tələblərinə riayət edilməsi;
  • Birbaşa rəhbər tərəfindən vəzifə funksiyalarına uyğun verilən digər tapşırıqların yerinə yetirilməsi.


Tələblər

  • Təhsil səviyyəsi: Ali (Bakalavr);
  • Texniki Dəstək şöbəsində minimum 1 il iş təcrübəsi;
  • Problemi həll etmə, analitik düşünmə bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı,;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili (yüksək). Rus və İngilis dili (orta).


İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)


 

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı


Vakansiya haqqında

Son tarix

September 25, 2026

Paylaşılıb

sentyabr 18, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik