"Azərbaycan Hava Yolları" QSC

Komplayens üzrə mütəxəssis

11-02-2025

1.5K

Təsvir

Komplayens üzrə Mütəxəssis kimi, Namizəd Komplayens funksiyasını Komplayens Şöbəsinin Rəhbəri ilə birgə qurmaq və inkişaf etdirməkdə əsas rol oynayacaq. Şirkətin qanuna, etik və tənzimləyici standartlara əməl etməsini təmin etmək məqsədilə Komplayens prosedurlarını hazırlamaq, tətbiq etmək, saxlamaq və yenidən nəzərdən keçirmək namizədin əsas vəzifələrindən olacaq.

 

Vəzifə öhdəlikləri:

  • Komplayens Proqramının gündəlik əməliyyatlarını idarə etmək;
  • Komplayens baxımından zəif tərəfləri müəyyən etmək və düzəldici tədbirlər planlarını hazırlamaq üçün risk təhlilləri aparmaq;
  • Biznes Etikası və Davranış Kodeksi, sanksiya qaydaları və Komplayenslə bağlı digər təlimat, prosedurlar və istinad sənədləri barədə anlayış və məlumatlılığın artırılması;
  • Yeni və mövcud işçilər üçün Komplayens üzrə effektiv təlim proqramının hazırlanmasına dəstək olmaq;
  • Üçüncü tərəflərin idarə edilməsi və zəruri yoxlamalar proseslinin düzgün yerinə yetirilməsini təmin etmək;
  • Korrupsiya və Rüşvətxorluğa Qarşı Mübarizə, Maraqların Toqquşması, Hədiyyə və Qonaqpərvərlik, Sanksiyalar üzrə Komplayens fəaliyyətlərində iştirak etmək.

Tələblər

  • Hüquq, Maliyyə, Biznes və ya İnsan Resursları üzrə ali təhsil;
  • Azərbaycan və ingilis dillərində mükəmməl ünsiyyət qurmaq bacarığı (rus dili biliyi üstünlükdür);
  • Müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi;
  • Ünsiyyət Bacarıqları (Yazılı və Şifahi);
  • Danışıqların Aparılması Bacarığı;
  • Problemi Həll etmə Bacarığı;
  • Təqdimat Bacarıqları;
  • Öyrənmə Qabiliyyəti;
  • İşə Uyğunlaşma Qabiliyyəti;
  • Dəyişikliklərə Uyğunlaşmaq Bacarığı;
  • Komandada İşləmə Bacarığı.


İş şəraiti: 

  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
  • Nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.

Vakansiya haqqında

Son tarix

fevral 28, 2025

Paylaşılıb

fevral 11, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər