"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Koordinasiya üzrə böyük dispetçer

Koordinasiya üzrə böyük dispetçer

Bu gün

17

Təsvir

  • Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən “AZAL” QSC-nin struktur bölmələrinin, “Silk Way Holding” müəssisə və filiallarının, eləcə də digər xidmətlərin operativ növbələrinin vəzifəli şəxslərinin fəaliyyətinə operativ nəzarəti həyata keçirir;
  • Heydər Əliyev Beynəlxalq Aeroportunda hava gəmilərinin uçuşlarının sutkalıq planının icrasını və uçuşların yüksək müntəzəmliyinin təmin edilməsini təşkil edir;
  • “AZAL” QSC-nin struktur bölmələrinin və “AZAL” QSC-yə müvafiq xidmətlər göstərən agentlərin, onların müəssisə və filiallarının fəaliyyətinə operativ rəhbərlik edir, koordinasiya və nəzarəti həyata keçirir;
  • Müəyyən edilmiş texnoloji qrafikə uyğun olaraq reyslərin hazırlanmasının vaxtında və düzgün həyata keçirilməsini təmin edir;
  • Uçuşların sutkalıq planı və planda baş verən dəyişikliklər barədə “AZAL” QSC-nin struktur bölmələrinin, eləcə də müvafiq xidmətlər göstərən agentlərin və onların müəssisə və filiallarının operativ növbətçilərini vaxtında məlumatlandırır;
  • Uçuş planının icrası üzrə müvafiq uçot və hesabatlılığı aparır;
  • Hava gəmilərinin uçuşlarında baş verən ləngimələrin səbəblərini araşdırır və ləngiməyə səbəb olan xidmətləri müəyyən edir;
  • Uçuşların ləngiməsi ilə bağlı aşkar edilmiş halları müvafiq növbə rəisinə və aidiyyəti şəxslərə operativ şəkildə bildirir.

Tələblər

  • Təhsil: Ali Təhsil (Milli Aviasiya Akademiyasının məzunlarına üstünlük verilir);
  • Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – əla;
  • Proqram bilikləri: Word, Excel, Outlook– orta səviyyədə bilmək;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Analitik təhlil etmə bacarığı;
  • Problemi həll etmə bacarığı;
  • Komandada işləmək bacarığı.


İş rejimi: Növbəli;

İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı.

Vakansiya haqqında

Son tarix

September 15, 2026

Paylaşılıb

sentyabr 11, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər