open navigation menu
Ana səhifə
/
Şirkətlər
/
"Azərbaycan Hava Yolları" QSC
/
Layihələrin idarəedilməsi üzrə kiçik mütəxəssis
Layihələrin idarəedilməsi üzrə kiçik mütəxəssis
"Azərbaycan Hava Yolları" QSC
Tam ştat
Dünən
344
Müraciət et
Təsvir
Layihə menecerlərinin gündəlik fəaliyyətinə inzibati və əməliyyat dəstəyi göstərmək;
Layihələrin planlaşdırılması, icrası və monitorinqi üzrə sənədləşmə işlərinin aparılması;
Layihə planları, qrafikləri, hesabatlar və təqdimatların hazırlanmasında iştirak etmək;
Layihə gedişatının monitorinqi, risklərin və dəyişikliklərin müəyyənləşdirilməsinə və izlənilməsinə dəstək olmaq;
Görüşlərin təşkili, iclas protokollarının və layihə reyestrlərinin aparılması;
Daxili və xarici tərəfdaşlarla yazışmaların, təqdimatların və digər iş materiallarının hazırlanmasına kömək göstərmək;
Layihələrdə büdcə və xərclərin icrasının izlənilməsinə dəstək olmaq;
Layihə menecmenti alətləri (MS Excel, PowerPoint, Trello və s.) vasitəsilə hesabatların hazırlanmasında iştirak etmək;
Maraqlı tərəflər arasında effektiv ünsiyyətin qurulmasına dəstək olmaq;
Layihə nəticələrinin monitorinqi və təhlilində iştirak etmək.
Tələblər
Təhsil: Ali təhsil - layihə idarəetməsi, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqədar sahə üzrə;
İş təcrübəsi: müfaviq sahədə minimum 1 – 2 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili – əla, İngilis dili – əla, Rus dili – yaxşı səviyyədə;
Proqram bilikləri: MS Word, Excel, PowerPoint, Outlook, layihə idarəetmə alətləri (Trello, Jira, Monday.com);
Güclü yazılı, şifahi ünsiyyət və təqdimat bacarıqları;
Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
Dəyişikliklərə tez uyğunlaşma və öyrənmə istəyi;
Komandada effektiv işləmə bacarığı;
Yüksək məsuliyyət hissi və təşəbbüskarlıq.
İş şəraiti:
Heydər Əliyev Beynəlxalq Hava Limanı;
09:00-dan 18:00-a qədər.
Vakansiya haqqında
Son tarix
November 11, 2025
Paylaşılıb
noyabr 5, 2025
Vakansiya növü
Tam ştat
Kateqoriya
Maliyyə, Biznes və idarəetmə
Oxşar vakansiyalar
Bütün vakansiyalar