Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Lənkəran Beynəlxalq Hava Limanında fəaliyyət göstərən Aviasiya Təhlükəsizlik Xidmətinə rəhbərlik etmək, xidmətə həvalə olunmuş vəzifə və funksiyaların vaxtında və normativ-hüquqi aktların tələblərinə uyğun icrasını təşkil etmək;
Xidmət daxilində baxış, buraxılış, buraxılışa nəzarət, mühafizə, videomüşahidə və kinoloji istiqamətlər üzrə struktur bölmələrin fəaliyyətini planlaşdırmaq, əlaqələndirmək və icrasına nəzarət etmək;
Aviasiya təhlükəsizliyi sahəsində mövcud riskləri qiymətləndirmək, yaranan situasiyalar üzrə operativ qərarlar qəbul etmək və zəruri hallarda aidiyyəti struktur bölmələrlə koordinasiyanı təmin etmək;
Xidmətin fəaliyyəti üzrə dövri hesabatların hazırlanmasını təmin etmək və Baş İdarə direktoruna təqdim etmək;
Tabeliyində olan əməkdaşların vəzifə öhdəliklərini, daxili prosedur və normativ sənədlərin tələblərinə uyğun şəkildə yerinə yetirmələrinə nəzarət etmək və icra intizamını təmin etmək.
Tələblər
Ali təhsil (bakalavr dərəcəsi), vəzifə üzrə müvafiq ixtisaslaşma üstünlük hesab olunur;
Rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi;
Azərbaycan dilində səlist şifahi və yazılı ünsiyyət bacarığı, ingilis dili biliyi üstünlük hesab olunur; rus dili biliyi arzuolunandır;
MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarında işləmə bacarığı;
Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, danışıqlar aparma və təqdimat bacarıqları;
Qərarvermə, problem həll etmə və analitik düşünmə qabiliyyəti;
Komandada işləmək, idarəetmə və effektiv koordinasiya bacarığı;
Strateji düşünmə, dəyişikliklərə çevik uyğunlaşma və stresə davamlılıq;
Öyrənməyə açıq olmaq və peşəkar inkişafda maraqlı olmaq;
Həqiqi hərbi xidmət keçmiş (kişilər üçün), məhkumluğu olmayan, fiziki cəhətdən sağlam olmaq;