"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Loyallıq İdarəsi/Satış vəTərəfdaşlıqlar şöbəsinin rəhbəri

Loyallıq İdarəsi/Satış vəTərəfdaşlıqlar şöbəsinin rəhbəri

Bu gün

42

Təsvir

  • Tərəfdaşlıq portfelinin genişləndirilməsi və mövcud tərəfdaşlarla biznesin inkişafını təmin etmək
  • Şöbənin satış planını hazırlamaq, icrasına nəzarət etmək və hədəflərin yerinə yetirilməsini təmin etmək
  • Cəlb etmə və satış imkanlarını idarə etmək və tərəfdaşların proqrama qoşulma prosesini təmin etmək
  • Kommersiya təkliflərinin və əməkdaşlıq modellərinin hazırlanmasına rəhbərlik etmək, müqavilə danışıqlarını aparmaq;
  • Yeni tərəfdaş, məhsul, xidmət və kampaniyalar üzrə business case hazırlamaq və onların kommersiya səmərəliliyini qiymətləndirmək;
  • Tərəfdaşlıqlarla bağlı kommersiya, maliyyə və əməliyyat risklərini aidiyyəti bölmələrlə birlikdə idarə etmək;
  • Yeni vendorların seçilməsi, texnoloji həllərin və inteqrasiya layihələrinin planlaşdırılması və icrasına rəhbərlik etmək;
  • Şöbənin büdcəsini idarə etmək, müntəzəm performans hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək
  • Şöbə əməkdaşlarının fəaliyyətini planlaşdırmaq, inkişafını dəstəkləmək və performansını qiymətləndirmək;
  • Satış, marketinq, maliyyə, hüquq və texnologiya və digə aidiyyatı bölmələr ilə koordinasiyalı əməkdaşlığı təmin etmək.


Tələblər

  • Ali təhsil (bakalavr dərəcəsi);
  • Müvafiq sahələr üzrə minimum 5 il iş təcrübəsi;
  • Azərbaycan dilini C2, ingilis və rus dillərini minimum B1 səviyyəsində bilmək;
  • MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmək bacarığı;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Danışıqların aparılması, qərarvermə və problem həll etmə bacarıqları;
  • Təqdimat hazırlamaq və təqdim etmək bacarığı;
  • Strateji düşünmə, analitik yanaşma və dəyişikliklərə çevik uyğunlaşmaq bacarığı;
  • Komandanı idarə etmək, əməkdaşların inkişafını dəstəkləmək və nəticəyönümlü iş mühitini formalaşdırmaq bacarığı.


İş qrafiki:

  • 5 günlük.

 

İş yeri:

  • Heydər Əliyev adına Beynəlxalq Hava Limanı


Vakansiya haqqında

Son tarix

July 8, 2026

Paylaşılıb

iyun 30, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər