"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Maliyyə və Mühasibat Uçotu İdarəsi/ Əsas vəsaitlərin və inventarların uçotu şöbəsi/İnspektor

Maliyyə və Mühasibat Uçotu İdarəsi/ Əsas vəsaitlərin və inventarların uçotu şöbəsi/İnspektor

Bu gün

70

Təsvir

  • Gömrükdən daxil olan ehtiyat hissələrinin aidiyyəti üzrə qaimələrlə yoxlanılmasını və sayılmasını təmin etmək;
  • Aidiyyəti şəxsləri daxil olan qaimələr barədə elektron formada məlumatlandırmaq;
  • Anbara daxil olan aviahissələrdə hər hansı problem aşkar edildikdə bu barədə dərhal Təchizat şöbəsinə elektron poçt vasitəsilə məlumat vermək, problemin həllini tələb etmək və aviahissəni karantin zonaya yerləşdirmək;
  • Şübhəli və təsdiqlənməyən aviahissə (SUP) anbara daxil olduqda, bu barədə Təchizat şöbəsinə məlumat vermək və aviahissəni karantin zonaya yerləşdirmək;
  • Karantin zonada yerləşdirilən ehtiyat hissələrinin karantin siyahısında və sistemdə qeydiyyatını aparmaq;
  • Ehtiyat hissələrinin qəbulu prosesini həyata keçirmək (vizual yoxlama, sənədlərin düzgünlüyü, gömrük fakturası ilə uyğunluq);
  • Qəbul olunmuş hissələrin AMASIS sistemində dəqiq məlumatlarının (p/n, s/n, rəf yeri, son istismar müddəti və s.) qeyd edilməsini və rəflərə yerləşdirilməsini təmin etmək;
  • Ayda ən azı iki dəfə anbardaxili auditin keçirilməsini və nəticələrinin yazılı şəkildə təqdim edilməsini təmin etmək.

Tələblər

  • Təhsil: Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili - Ana dili; İngilis dili – yaxşı səviyyə;
  • Proqram bilikləri: Microsoft Office proqramları;
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Ünsiyyət bacarıqları;
  • Qərar vermə bacarığı;
  • Problemi həll etmə bacarığı;
  • Komandada işləmək bacarığı.


  • İş qrafiki: Növbəli iş rejimi;
  • İş yeri-Heydər Əliyev Beynəlxalq Havalimanı.

Vakansiya haqqında

Son tarix

September 5, 2025

Paylaşılıb

sentyabr 1, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Maliyyə, Biznes və idarəetmə