Təsərrüfat əməliyyatlarını təsdiq edən ilkin sənədlərin (müqavilə, hesab-faktura, qaimə, təhvil-təslim aktı və s.) qəbul edilməsi, yoxlanılması və təsdiq olunması;
Təsərrüfat əməliyyatlarının müvafiq mühasibat hesablarında düzgün əks etdirilməsinin təmin edilməsi;
Əsas vəsaitlərin uçota alınması, amortizasiyanın hesablanması və silinməsi proseslərinin icra olunması;
Debitor və kreditor borclarının düzgün tanınması və uçotda əks etdirilməsi;
Qısamüddətli və uzunmüddətli öhdəliklərin uçotunun aparılması;
Bank hesabları üzrə əməliyyatların gündəlik izlənilməsi və uçota alınması;
Mühasibat uçotu sahəsində normativ-hüquqi aktların izlənilməsi və tətbiqinin təmin edilməsi;
Audit və yoxlamalar zamanı tələb olunan sənədlərin operativ şəkildə təqdim edilməsi;
Mühasibat proqramlarında (1C, ERP sistemləri və s.) sərbəst işləmək bacarığı.
Tələblər
Təhsil: Ali Təhsil (Maliyyə/ Mühasibat uçotu/ İqtisadiyyat sahələri üzrə);
Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – yaxşı;
Proqram bilikləri: Word, Excel, Outlook, PowerPoint – yaxşı səviyyədə bilmək;
Sahə üzrə iş təcrübəsi minimum 2 il;
ACCA (F3, F7) sertifikatlarına sahib olmaq mütləqdir;