"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Maliyyə və Mühasibat Uçotu İdarəsi/Mühasib

Maliyyə və Mühasibat Uçotu İdarəsi/Mühasib

Bu gün

18

Təsvir

  • İlkin mühasibat sənədlərinin (müqavilə, hesab-faktura, qaimə, təhvil-təslim aktı və s.) qəbul edilməsi, yoxlanılması və təsdiqi;
  • Təsərrüfat əməliyyatlarının müvafiq mühasibat hesablarında düzgün əks etdirilməsi;
  • Əsas vəsaitlərin uçota alınması, amortizasiyanın hesablanması və silinməsi proseslərinin icrası;
  • Debitor və kreditor borclarının düzgün tanınması və uçotunun aparılması;
  • Qısamüddətli və uzunmüddətli öhdəliklərin uçotunun aparılması;
  • Bank hesabları üzrə əməliyyatların gündəlik izlənilməsi və uçota alınması;
  • Mühasibat uçotu sahəsində normativ-hüquqi aktların izlənilməsi;
  • Audit və yoxlama prosesləri zamanı tələb olunan sənədlərin operativ təqdim edilməsi;
  • Mühasibat proqramlarında işləmək (1C, ERP sistemləri və s.).

Tələblər

  • Təhsil: Ali Təhsil (Maliyyə/ Mühasibat uçotu/ İqtisadiyyat sahələri üzrə);
  • Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – yaxşı; rus dili-orta;
  • Proqram bilikləri: Word, Excel, Outlook, PowerPoint – yaxşı səviyyədə bilmək;
  • Sahə üzrə iş təcrübəsi minimum 2 il;
  • ACCA (F3, F7) sertifikatlarına sahib olmaq mütləqdir;
  • Analitik təhlil etmə bacarığı;
  • Problemi həll etmə bacarığı;
  • Komandada işləmək bacarığı.

 

 

İş qrafiki: 5 günlük

İş yeri: Park Azure, Yeni Həyat (Xətai ry.)

Vakansiya haqqında

Son tarix

May 6, 2026

Paylaşılıb

may 1, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər