"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Maliyyə və Mühasibat Uçotu İdarəsinin Aparıcı Mütəxəssisi

Maliyyə və Mühasibat Uçotu İdarəsinin Aparıcı Mütəxəssisi

03-09-2024

7.3K

Təsvir

  • Mövcud kredit və lizinqlərin uçotunun BMHS əsasən həyata keçirilməsi və ödəmə qrafiklərinə uyğun olaraq ödənişlərin icra edilməsi;
  • ⁠Kredit və lizinqlər üzrə aylıq və rüblük hesabatların hazırlanması;
  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın və pul vəsaitləri ilə bağlı digər hesabatların hazırlanması
  • Şirkətin bank hesablarına və onlarda aparılan əməliyyatlara gündəlik nəzarətin həyata keçirilməsi
  • Debitor və kreditor borclarını vaxtaşırı nəzərdən keçirməklə likvidliyə nəzarət etmək
  • Şöbənin fəaliyyətinin optimallaşdırılması üçün proseslərin avtomatlaşdırılması üzrə proseslərdə iştirak etmək
  • Lazımsız xərcləri tapmaq və onlara nəzarət etməklə nağd pul axınını azaltmaq
  • Valyuta riskinin minimallaşdırılması üçün müvafiq tədbirlərin görülməsi
  • İnvestisiya ediləcək artıq pul vəsaitlərinin müəyyən edilməsi və müxtəlif maliyyə alətləri vasitəsilə əməliyyatın həyata keçirilməsi
  • Kredit və lizinqlərin rəsmiləşdirilməsi prosesinin həyata keçirilməsi;
  • Şöbənin fəaliyyəti ilə bağlı hesabatların və rəhbərliyə təqdimatların hazırlanması;

Tələblər

  • Maliyyə sahəsi üzrə ali təhsil;
  • Sahə üzrə tələb olunan iş təcrübəsi minimum 3 il;
  • Dil bilikləri: Azərbaycan dili – Ana dili; İngilis dili – əla;
  • Word, Excel, PowerPoint proqramlarını yüksək səviyyədə bilmək mütləqdir;
  • Bank əməliyyatları və bank məhsulları üzrə biliklər üstünlükdür;
  • Maliyyə alətləri üzrə iş təcrübəsi üstünlükdür;
  • ACCA, CFA və s. sertifikatı olanlara üstünlük veriləcək;
  • Problem həll etmə bacarığı;
  • Komandada işləmə bacarığı;
  • Yüksək təhlil qabiliyyəti.


  • İş qrafiki:

09:00-18:00 (Həftə içi 5 gün)

  • İş yeri:

Heydər Əliyev Beynəlxalq Hava Limanı

Vakansiya haqqında

Son tarix

sentyabr 21, 2024

Paylaşılıb

sentyabr 3, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə