"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Marketinq Kommunikasiyalar şöbəsi/Aparıcı Mütəxəssis

Marketinq Kommunikasiyalar şöbəsi/Aparıcı Mütəxəssis

Bu gün

12

Təsvir

  • “Azərbaycan Hava Yolları” brendinin yerli və xarici bazarlarda tanıdılması üzrə marketinq strategiya və taktikasının hazırlanması;
  • Marketinq və reklam kampaniyalarının ideyadan icraya qədər planlaşdırılması və həyata keçirilməsi;
  • Marketinq kommunikasiyası kampaniyalarının effektivliyinin ölçülməsi və nəticələr üzrə hesabatların hazırlanması;
  • Kommunikasiya planlarının, o cümlədən ənənəvi media fəaliyyətlərinin icrasının təmin edilməsi;
  • Bazar araşdırmaları və sorğuların həyata keçirilməsi;
  • Brendin tanınmasının artırılmasına yönəlmiş marketinq planlarının və tədbirlərin hazırlanması;
  • “Azərbaycan Hava Yolları”nın imic və nüfuzunun artırılması, maraqlı tərəflərlə və aviasiya ictimaiyyəti ilə əlaqələrin və tərəfdaşlığın inkişaf etdirilməsi;
  • Marketinq büdcəsinə nəzarətin həyata keçirilməsi;
  • Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatların hazırlanması;
  • Dizaynerlərlə əməkdaşlıq edərək çap materialları, video, stend və digər marketinq materiallarının hazırlanmasının təşkili;
  • Ehtiyac yarandıqda komanda üzvlərinin inkişafına və təliminə dəstək göstərilməsi.

Tələblər

  • Marketinq, kommunikasiya, biznes və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr təhsili;
  • Marketinq və kommunikasiya sahəsində minimum 4 il iş təcrübəsi;
  • Azərbaycan, ingilis və rus dillərini səlis bilmək;
  • MS Word, Excel, PowerPoint və Outlook proqramlarında işləmək bacarığı;
  • Güclü kommunikasiya, danışıqların aparılması, təqdimat, problem həll etmə və qərarvermə bacarıqları;
  • Öyrənmə çevikliyi, dəyişikliklərə uyğunlaşma və komanda ilə işləmə bacarığı.

Vakansiya haqqında

Son tarix

August 16, 2026

Paylaşılıb

avqust 12, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər