"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Milli Aviasiya Akademiyası tələbələri üçün “Yay Təcrübə Proqramı”

Milli Aviasiya Akademiyası tələbələri üçün “Yay Təcrübə Proqramı”

11-06-2024

6.1K

Bağlanılıb

Təsvir

"Azərbaycan Hava Yolları" QSC-nin “Milli Aviasiya Akademiyası” tələbələri üçün

“Yay Təcrübə Proqramı”

 

“Milli Aviasiya Akademiyası”-nın istedadlı tələbələri üçün xüsusi olaraq hazırlanmış “Azərbaycan Hava Yolları” QSC-nin Yay Təcrübə Proqramına qeydiyyatın başlandığını məmnunluq hissi ilə elan edirik.

Bu proqram praktiki təcrübə qazanmaq, kritik bacarıqları inkişaf etdirmək və regionun aparıcı aviaşirkətlərindən birinə töhfə vermək üçün tələbələrə unikal imkanlar təqdim edir. “Yay Təcrübə Proqramı” 2 ay müddətində davam edərək, AZAL QSC-nin bir çox fərqli idarələrini əhatə edəcək. 


Tələblər

• Təhsil Səviyyəsi: Ali Təhsil (istənilən sahə üzrə);

• Təhsil Pilləsi: 4 illik təhsil proqramı üzrə təhsil alanlar üçün 3-cü və 4-cü kurs tələbələri müraciət edə bilər / 5 illik təhsil proqramı üzrə təhsil alanlar üçün 4-cü və 5-ci kurs tələbələri müraciət edə bilər;

• Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG): 75-dən yuxarı;

• Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – orta səviyyə;

• Proqram bilikləri: Microsoft Office proqramları;

• Ünsiyyət qurma bacarığı (yazılı və şifahi);

• Komandada işləmək bacarığı;


• İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;

• İş qrafiki: Həftəiçi beş gün (09:00-18:00)


Vakansiya haqqında

Son tarix

iyun 19, 2024

Paylaşılıb

iyun 11, 2024

Vakansiya növü

Təcrübə

Kateqoriya

Digər xidmətlər