"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Müştəri Əlaqələrinin İdarəedilməsi üzrə Mütəxəssis/Kiçik Mütəxəssis

Müştəri Əlaqələrinin İdarəedilməsi üzrə Mütəxəssis/Kiçik Mütəxəssis

Bu gün

4

Təsvir

  • Kampaniyaların və xüsusi təkliflərin A-dan Z-yə qədər hazırlanması prosesində iştirak etmək, kampaniya brifinin hazırlanmasından rəy toplanmasına qədər bütün mərhələlərin icrasını təmin etmək;
  • Təkliflərin hazırlanması zamanı bazar araşdırmalarında, beynəlxalq kampaniyaların və oxşar təkliflərin təhlilində iştirak etmək, hədəf müştəri seqmentlərinin ehtiyaclarına uyğun təkliflərin formalaşdırılmasına dəstək vermək;
  • Məlumatların idarəedilməsi komandası ilə əməkdaşlıq edərək kampaniyalar üçün hədəf seqmentlərin müəyyənləşdirilməsində iştirak etmək və kampaniya elementlərinin uyğunluğunu təmin etmək;
  • Rəqəmsal inkişaf və dizayn komandaları ilə birgə çalışaraq vizualların, mətnlərin və açılış səhifələrinin hazırlanmasında iştirak etmək, yaradıcı proses üzrə tapşırıqları icra etmək və kampaniya mesajlarının düzgün çatdırılmasını təmin etmək;
  • Müəyyən edilmiş hədəf auditoriyası üçün müştəri kommunikasiya ssenarilərinin planlaşdırılmasında iştirak etmək, kommunikasiya təqviminin hazırlanmasına və kampaniyaların müxtəlif kommunikasiya kanalları üzrə icrasına dəstək göstərmək;
  • Müəyyən edilmiş qaydalar əsasında kampaniya tetikleyicilərini və əsas hadisələri izləmək;
  • Mesajlar, vizuallar və təkliflər üzrə A/B testlərinin keçirilməsində iştirak etmək, nəticələri təhlil edərək əldə olunan nəticələri komanda ilə bölüşmək.

Tələblər

  • Bakalavr təhsili;
  • Minimum 1 il müvafiq iş təcrübəsi;
  • Azərbaycan dili – C2 səviyyəsində;
  • İngilis dili – minimum B1 səviyyəsində;
  • MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarında işləmək bacarığı;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Danışıqların aparılması bacarığı;
  • Qərarvermə və problem həll etmə bacarığı;
  • Təqdimat bacarıqları;
  • Öyrənməyə açıq olmaq və dəyişikliklərə çevik uyğunlaşmaq;
  • Komandada səmərəli işləmək bacarığı.


İş qrafiki:

  • 5 günlük.

 

İş yeri:

  • Heydər Əliyev adına Beynəlxalq Hava Limanı


Vakansiya haqqında

Son tarix

July 24, 2026

Paylaşılıb

iyul 17, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər