"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Qeyri-aviasiya gəlirləri üzrə şöbə rəhbəri

Qeyri-aviasiya gəlirləri üzrə şöbə rəhbəri

Dünən

413

Təsvir

  • Hava limanının ümumi biznes məqsədləri ilə uzlaşan qeyri-aviasiya gəlir strategiyalarının hazırlanmasını və həyata keçirilməsini təmin etmək;
  • Gəlirlərin artırılması məqsədilə yeni kommersiya imkanlarını və tərəfdaşlıqları müəyyənləşdirmək;
  • İcarə tendensiyalarını, tələb amillərini və rəqabət mühitini qiymətləndirmək üçün bazar araşdırmaları və təhlillər aparmaq;
  • Pərakəndə satış, qida və içki, xidmətlər, reklam və parkinq sahələri ilə əlaqədar layihələrin planlaşdırılmasını və icrasını təşkil etmək;
  • Mövcud pərakəndə satış, qida və içki, xidmət təminatçıları ilə əməkdaşlığı idarə etmək, satış göstəricilərini izləmək və müqavilə öhdəliklərinə riayət olunmasını təmin etmək;
  • Sərnişin davranışı, alış-veriş tendensiyaları və qlobal kommersiya trendləri üzrə mütəmadi araşdırmalar aparmaq;
  • İllik büdcələrin və gəlir proqnozlarının hazırlanmasını təmin etmək, KPİ-lərin və maliyyə göstəricilərinin icrasına nəzarət etmək;
  • Potensial icarədarlarla icarə şərtləri, tariflər və mümkün güzəştlər barədə danışıqlar aparmaq;
  • İdarə heyətinə təqdim edilmək üçün dövri hesabatlar hazırlamaq;
  • Kommersiya sahələrinin optimal istifadəsini təmin etmək və icarədarların maraqları ilə sərnişin rahatlığını balanslaşdırmaq.

Tələblər

  • Marketinq, Biznes, Əmlak və ya əlaqəli sahə üzrə ali təhsil (magistr dərəcəsi üstünlükdür);
  • Hava limanları, ticarət mərkəzləri və ya pərakəndə satış sahəsində ən azı 7 il iş təcrübəsi;
  • Azərbaycan dili – mükəmməl, İngilis dili – yüksək səviyyədə;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Güclü ünsiyyət, danışıqlar aparmaq və təqdimat bacarıqları;
  • Qərarvermə, problem həlli və strateji düşünmə qabiliyyəti;
  • Komandada işləmək, dəyişikliklərə uyğunlaşmaq və idarəetmə bacarığı.


İş qrafiki: 5 günlük;

İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı

Vakansiya haqqında

Son tarix

October 30, 2025

Paylaşılıb

oktyabr 23, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər