"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Redaksiya keyfiyyətinə nəzarət mütəxəssisi/Kommunikasiya və Marketinq şöbəsi

Redaksiya keyfiyyətinə nəzarət mütəxəssisi/Kommunikasiya və Marketinq şöbəsi

Bu gün

286

Təsvir

  • Bütün kommunikasiya və marketinq materiallarının (press relizlər, sayt, sosial media, mobil tətbiq, terminal ekranları və çap materialları) dil, üslub və brend standartlarına uyğunluğunu təmin etmək;
  • Terminlər, adlar, rəqəmlər, tarixlər və faktların dəqiqliyini yoxlamaq;
  • Azərbaycan, rus və ingilis dillərində mətnləri redaktə və dil baxımından uyğunlaşdırmaq;
  • Tərcümə və lokalizasiya proseslərinə nəzarət edərək çoxdilli məzmunun keyfiyyətini qorumaq;
  • Brend dili və terminologiyasının vahidliyini təmin etmək, “Style Guide” və “Tone of Voice” standartlarına əməl olunmasına nəzarət etmək;
  • Rəhbərliyə təqdim ediləcək rəsmi mətnlərin və çıxışların dil və struktur baxımından təkmilləşdirilməsinə dəstək vermək;
  • Məzmunlarda fakt səhvləri, dezinformasiya və reputasiya riski yaradan halları müəyyənləşdirib qarşısını almaq;
  • Redaktə və təsdiq prosesini idarə edərək materialların vaxtında yekun təsdiqini təmin etmək;
  • Bütün kanallar üzrə məzmunun keyfiyyət göstəricilərini izləmək və aylıq hesabat təqdim etmək.

Tələblər

  • Təhsil: Bakalavr;
  • Dil bilikləri: Azərbaycan dili – yaxşı; İngilis dili – yaxşı; Rus dili - yaxşı;
  • Sahə üzrə minimum 3 illik təcrübə;
  • Kompüter bilikləri: MS Office;
  • Ünsiyyət Bacarıqları (Yazılı və Şifahi);
  • Danışıqların aparılması bacarığı;
  • Problemi həll etmə bacarığı;
  • Təqdimat bacarıqları;
  • Öyrənmə qabiliyyəti;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Komandada işləmə bacarığı.


IŞ ŞƏRAİTİ:


  • İş qrafiki: 5 günlük (09:00-18:00);
  • İş yeri: Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Aeroportu; 



Vakansiya haqqında

Son tarix

December 6, 2025

Paylaşılıb

dekabr 2, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr