Bütün kommunikasiya və marketinq materiallarının (press relizlər, sayt, sosial media, mobil tətbiq, terminal ekranları və çap materialları) dil, üslub və brend standartlarına uyğunluğunu təmin etmək;
Terminlər, adlar, rəqəmlər, tarixlər və faktların dəqiqliyini yoxlamaq;
Azərbaycan, rus və ingilis dillərində mətnləri redaktə və dil baxımından uyğunlaşdırmaq;
Tərcümə və lokalizasiya proseslərinə nəzarət edərək çoxdilli məzmunun keyfiyyətini qorumaq;
Brend dili və terminologiyasının vahidliyini təmin etmək, “Style Guide” və “Tone of Voice” standartlarına əməl olunmasına nəzarət etmək;
Rəhbərliyə təqdim ediləcək rəsmi mətnlərin və çıxışların dil və struktur baxımından təkmilləşdirilməsinə dəstək vermək;
Məzmunlarda fakt səhvləri, dezinformasiya və reputasiya riski yaradan halları müəyyənləşdirib qarşısını almaq;
Redaktə və təsdiq prosesini idarə edərək materialların vaxtında yekun təsdiqini təmin etmək;
Bütün kanallar üzrə məzmunun keyfiyyət göstəricilərini izləmək və aylıq hesabat təqdim etmək.
Tələblər
Təhsil: Bakalavr;
Dil bilikləri: Azərbaycan dili – yaxşı; İngilis dili – yaxşı; Rus dili - yaxşı;
Sahə üzrə minimum 3 illik təcrübə;
Kompüter bilikləri: MS Office;
Ünsiyyət Bacarıqları (Yazılı və Şifahi);
Danışıqların aparılması bacarığı;
Problemi həll etmə bacarığı;
Təqdimat bacarıqları;
Öyrənmə qabiliyyəti;
Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
Komandada işləmə bacarığı.
IŞ ŞƏRAİTİ:
İş qrafiki: 5 günlük (09:00-18:00);
İş yeri: Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Aeroportu;
Vakansiya haqqında
Paylaşılıb
dekabr 2, 2025
Vakansiya növü
Tam ştat
Kateqoriya
Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr