"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Satınalmalar İdarəsi, Sənədləşmə üzrə Mütəxəssis (Document Controller)

Satınalmalar İdarəsi, Sənədləşmə üzrə Mütəxəssis (Document Controller)

Bu gün

31

Təsvir

  • Satınalma proseslərinə aid daxil olan məktubların, sorğuların, aktların və digər sənədlərin qəbulunu və qeydiyyata alınmasını təmin etmək;
  • Sənədlərin aidiyyəti struktur bölmələrə yönləndirilməsini və icra müddətlərinə nəzarəti həyata keçirmək;
  • Satınalma müqavilələrinin layihələrinin hazırlanmasında və ilkin yoxlanılmasında iştirak etmək;
  • Müqavilələrin sistemə daxil edilməsini, imzalanma prosesinin izlənilməsini və imzalanmış müqavilələrin fiziki və elektron formada arxivləşdirilməsini təmin etmək;
  • Satınalma sənədlərinin şirkət standartlarına uyğun olaraq fiziki və elektron formada arxivləşdirilməsini təmin etmək;
  • Bütün satınalma sənədlərinin məxfiliyinin qorunmasını və məlumat təhlükəsizliyi tələblərinə uyğun idarə olunmasını təmin etmək;
  • Tələb olunan sənədlərin qısa müddət ərzində təqdim olunmasını təmin etmək.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – orta; Rus dili – arzuolunandır.
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Sənədlərin düzgün idarə olunması, qeydiyyatı və arxivləşdirilməsi üzrə bacarıq;
  • Diqqətlilik, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı;
  • Öyrənmə və yeni prosesləri tez mənimsəmə qabiliyyəti;
  • Dəyişikliklərə və yeni iş şəraitinə uyğunlaşma bacarığı;
  • Komandada işləmək və digər struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı;
  • Vaxtın düzgün idarə edilməsi və tapşırıqların müəyyən edilmiş müddətlərdə icra olunması bacarığı.

Vakansiya haqqında

Son tarix

August 17, 2026

Paylaşılıb

avqust 13, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər