"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Şəbəkə İnfrastrukturu şöbəsinin mütəxəssisi / İnformasiya Texnologiyaları İdarəsi

Şəbəkə İnfrastrukturu şöbəsinin mütəxəssisi / İnformasiya Texnologiyaları İdarəsi

Bu gün

8

Təsvir

  • Cisco WLC platforması üzərində simsiz şəbəkə infrastrukturunun (WLAN) mərkəzləşdirilmiş konfiqurasiyasının və idarəçiliyinin həyata keçirilməsi;
  • Cisco ISE platforması əsasında şəbəkəyə giriş nəzarəti (NAC) mexanizmlərinin, 802.1X autentifikasiya siyasətlərinin və rol əsaslı avtorizasiya qaydalarının tətbiqi və idarə edilməsi;
  • Cisco CUCM (Unified Communications Manager) platforması üzərində korporativ IP telefoniya infrastrukturunun konfiqurasiyasının və idarəçiliyinin həyata keçirilməsi;
  • Firewall avadanlıqları üzərində korporativ təhlükəsizlik siyasətlərinin, trafik filtrləmə qaydalarının və zona əsaslı seqmentasiyanın (Zone-Based Security) tətbiqi, davamlı saxlanması və müntəzəm baxışının (review) həyata keçirilməsi;
  • Şəbəkə infrastrukturu avadanlıqlarının (WLC, ISE, CUCM, Firewall, Router, Switch və s.) proqram təminatının istehsalçı tərəfindən tövsiyə olunan ən son stabil versiyalara uyğun müntəzəm yenilənməsinin (firmware/software upgrade) planlaşdırılması və həyata keçirilməsi;
  • Şəbəkə infrastrukturuna aid IT aktivlərin konfiqurasiya ehtiyat nüsxələrinin (backup) dövri alınması, saxlanılması və bütövlüyünün yoxlanılmasının təmin edilməsi;
  • Şəbəkə monitorinq alətlərindən istifadə etməklə şəbəkə infrastrukturunun davamlılığının izlənməsi, performans göstəricilərinin sistematik təhlili və şöbə rəhbərinə hesabatların təqdim edilməsi;
  • İnsident və problem idarəetməsi (Incident & Problem Management) prosesləri çərçivəsində kök-səbəb analizinin (RCA) aparılması və profilaktik tədbirlərin tətbiqi;
  • Dəyişiklik idarəetməsi (Change Management) prosedurlarına uyğun olaraq şəbəkə konfiqurasiya dəyişikliklərinin planlaşdırılması, tətbiqi və sənədləşdirilməsi;
  • Şəbəkə infrastrukturunun (LAN, WAN, WLAN, IP telefoniya və s.) performans göstəricilərinin təhlili əsasında zəif nöqtələrin aşkar edilməsi və optimallaşdırma tədbirlərinin tətbiqi;
  • Şəbəkə infrastrukturuna dair aktual topologiya sxemlərinin, diagramlarının, IP ünvanlama cədvəllərinin və digər texniki sənədlərinin müntəzəm yenilənməsi və saxlanması;
  • Xidmət təminatçıları və müqavilə əsasında xidmət göstərilən tərəflərlə texniki əməkdaşlığın aparılması, müəyyən edilmiş xidmət səviyyəsi müqavilələri (SLA) üzrə öhdəliklərin izlənməsi və yerinə yetirilməsinin təmin edilməsi;
  • Şəbəkə infrastrukturu üzrə daxil olan müraciətlərin qəbul edilməsi, müəyyən edilmiş SLA çərçivəsində həll edilməsi və texniki dəstəyin göstərilməsi;
  • Bilavasitə rəhbərlik tərəfindən şəbəkə infrastrukturu fəaliyyəti çərçivəsində həvalə edilən digər tapşırıqların icrası
  • İT İdarə rəisi tərəfindən verilən digər bütün tapşırıqların səlahiyyətləri çərçivəsində icrasını təmin etmək.


Tələblər

  • Təhsil səviyyəsi: Ali (Bakalavr);
  • Şəbəkə infrastruktur üzrə minimum 2 il iş təcrübəsi;
  • Routing və Switching texnologiyaları üzrə bilik və bacarıq;
  • Cisco ISE, WLC və CUCM platformaları üzrə bilik və bacarıq;
  • Palo Alto Firewall idarəçiliyi üzrə bilik və bacarıq;
  • Şəbəkə monitorinq alətləri (Solarwinds, Zabbix və s.) ilə iş bacarığı;
  • ITSM alətləri (Jira, ServiceNow və s.) üzrə təcrübə;
  • Problemi həll etmə, analitik düşünmə bacarığı;
  • Müasir SDN (Software-Defined Networking) həlləri üzrə bilik və praktiki təcrübə üstünlük hesab olunur;
  • Komanda ilə işləmə bacarığı;
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
  • Danışıqların aparılması bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Təqdimat bacarıqları;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yaxşı),


Sertifikatlar:


  • Cisco Certified Network Associate (CCNA) sertifikatının olması;
  • CCNP Enterprise sertifikatının olması üstünlükdür;
  • Palo Alto Networks Certified Network Security Professional sertifikatının olması üstünlükdür;
  • Implementing Cisco Catalyst SD-WAN Solutions sertifikatının olması arzuolunandır.



İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)



İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı


Vakansiya haqqında

Son tarix

November 4, 2026

Paylaşılıb

oktyabr 26, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik