"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Sərnişin Aviaşirkət/Aviasiya Təhlükəsizliyi üzrə Mütəxəssis

Sərnişin Aviaşirkət/Aviasiya Təhlükəsizliyi üzrə Mütəxəssis

22-09-2025

774

Təsvir

  • Uçuşların həyata keçirildiyi ölkələrin hava məkanına dair məlumatların izlənməsi və rəhbərliyə məruzə edilməsi;
  • Aviasiya təhlükəsizliyinin vəziyyətinin mütəmadi təhlili və yenilənməsi;
  • Müxtəlif əməliyyat mühitlərində (hava limanları, uçuş marşrutları və s.) təhlükəsizlik risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
  • Təhlükəsizlik risklərinin potensial təsirinin və yaranma ehtimalının analiz olunması;
  • Təhlükəsizliklə bağlı hesabatların, statistik məlumatların və risk qiymətləndirmələrinin hazırlanması;
  • Potensial zəifliklərin müəyyənləşdirilməsi və müvafiq müdaxilə tədbirlərinin hazırlanması;
  • OCC əməliyyat ofisində 24/7 risk analizinin aparılması və nəticələrin şöbə rəhbərinə təqdim olunması.


Tələblər

  • Ali təhsil (müvafiq ixtisaslar üzrə bakalavr; magistr üstünlükdür);
  • Minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dili (ana dili), İngilis dili (B1), Rus dili (B1);
  • MS Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst biliklər;
  • Güclü analitik düşüncə, qərarvermə və problem həll etmə bacarığı;
  • Yaxşı ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
  • Təqdimat və yazılı hesabat hazırlama bacarığı;
  • Dəyişikliklərə uyğunlaşmaq və öyrənməyə açıq olmaq;
  • Növbəli iş rejimində çalışmağa hazır olmaq.


İş şəraiti

  • İş yeri: Heydər Əliyev Beynəlxalq Aeroportu
  • İş qrafiki: Növbəli 



Vakansiya haqqında

Son tarix

September 26, 2025

Paylaşılıb

sentyabr 22, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Digər