"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
SƏTƏMM və KN idarəsi / Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis - admin

SƏTƏMM və KN idarəsi / Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis - admin

Bu gün

19

Təsvir

  • Gündəlik hesabatların düzgün yazılmasına nəzarət, SƏTƏMM məlumatlarının düzgün toplanması, aylıq, rüblük və illik SƏTƏMM hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim olunması;
  • Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə sənədlərin hazırlanması, sənədlərin yenilənməsinə nəzarət və onların arxivləşdirilməsi;
  • Gündəlik olaraq ərazilər üzrə Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası yoxlamalarının həyata keçirilməsi ;
  • ƏM və TT üzrə yoxlama nəticələrinin və fəaliyyət planlarının izlənilməsi ;
  • İş yerində baş vermiş iş qəzaları, xəsarətlərin səbəblərinin analizi, insidentlər və uyğunsuzluqlarla bağlı məlumatların qeydiyyatının aparılması və müvafiq hesabatlarının hazırlanmas ;
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması;
  • SƏTƏMM təlimlərinin təşkilinə, təlim jurnallarının və təlimat jurnallarının düzgün aparılmasına dəstək ;
  • İşə qəbul olunan yeni işçilərə , o cümlədən dövrü olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş təlimatının, təkrar, plandan kənar və cari təlimatların keçirilməsi;
  • Fərdi mühafizə vasitələrinin uçotunun aparılması və təminat prosesinin dəstəklənməsi;
  • İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edilməsi;
  • İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu vasitələrdən istifadəsinə nəzarət edilməsi;
  • Binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və SƏTƏMM qanunvericiliyinə uyğunluğunun yoxlanılması, uyğunsuzluqların aradan qaldırılması üçün təkliflərin verməsi;
  • Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə innovativ vasitələrin tətbiq edilməsi.;
  • Rəhbərliyin tapşırıqlarına uyğun olaraq ƏM və TT üzrə inzibati dəstəyin göstərilməsi.


Tələblər

  • Ali təhsil (Texniki sahə üzrə olması üstünlükdür);
  • SƏTƏMM sahəsində minimum 2–3 il praktik iş təcrübəsi;
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı (Power BI biliyinin olması üstünlükdür);
  • NEBOSH, İOSH sertifikatlarının olması üstünlükdür;
  • Məlumatları aydın və anlaşıqlı şəkildə təqdimetmə və hesabat hazırlama bacarığı;
  • Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
  • Danışıqların aparılması bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Azərbaycan dili – səlis, İngilis dili, Rus dili - yaxşı.



İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)


 

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı


Vakansiya haqqında

Son tarix

August 7, 2026

Paylaşılıb

iyul 24, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər