"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Sistem infrastrukturu şöbəsinin mütəxəssisi / İnformasiya Texnologiyaları İdarəsi

Sistem infrastrukturu şöbəsinin mütəxəssisi / İnformasiya Texnologiyaları İdarəsi

Dünən

39

Təsvir

  • Autentikasiya Xidmətinin (Active Directory) inzibatçılığını icra etmək;
  • Korporativ Poçt sisteminin inzibatçılığını icra etmək;
  • Ehtiyat Nüsxələmə Sisteminin inzibatçılığını icra etmək;
  • Virtuallaşdırma İnfrastrukturunun inzibatçılığını icra etmək;
  • Fayl serverinin ümumi istifadə qovluqlarının inzibatçılığını icra etmək;
  • SFTP, Sharepoint və digər fayl mübadilə sistemlərinin inzibatçılığını icra etmək;
  • Print Serverinin inzibatçılığını icra etmək;
  • DNS və DHCP sistemlərinin inzibatçılığını icra etmək;
  • Tətbiqlər Serverlərinin (MERİDiAN, SOFİ, 1C, FlySmart, AMOS, AİMS, Amadeus, etc.) inzibatçılığını icra etmək;
  • Monitorinq servisinin təkmilləşdirilməsi, dashboardların qurulması, alert və notification maillərinin sazlanması;
  • Mümkün olan bütün hallarda minimal hüquqlar vermək, “Zero Trust”, “Defense-in-Depth”, “Layered Security” tələblərini, tövsiyələrini nəzərə almaq, sistem təhlükəsizliyində ən yaxşı təcrübələrə əsaslanmaq və tətbiq etmək;
  • Kompüter istifadəçilərinin Serverlərin xidmətlərindən fasiləsiz istifadə edə bilməsini təmin etmək;
  • Yeni texnologiyaların tətbiq edilməsi, test mühitlərinin hazırlanması və nəticələrin qiymətləndirilməsində iştirak etmək, podratçı komandalara lazımi dəstək göstərmək;
  • İnteqrasiya layihələri, troubleshooting və texniki profilaktik tədbirlər çərçivəsində icra olunmuş prosesləri və vacib məlumatları dokumentasiya etmək;
  • Maddi və qeyri-maddi aktivlər üzrə İT Xidmətlər Kataloqunda İnfrastruktur şöbəsinin Sistem inzibatçılığı qrupunun mütəxəssisi üçün qeyd edilmiş digər tapşırıqları icra etmək;
  • Həllində çətinlik çəkdiyi məsələləri İnfrastruktur şöbəsinin Sistem inzibatçılığı qrupunun baş mütəxəssisinə yönəltmək. Tələb olunan məlumata malik olmadıqda daha təcrübəli əməkdaşlara suallar vermək;
  • İT İdarə rəisi tərəfindən verilən digər bütün tapşırıqların səlahiyyətləri çərçivəsində icrasını təmin etmək

Tələblər

  • Təhsil səviyyəsi: Ali (Bakalavr);
  • Sistem İnfrastrukturu üzrə minimum 1 il iş təcrübəsi;


Proqram bilikləri:

  • Vmware, HyperV, Micrrosoft 365 və Azure platformaları (Microsoft Entra ID, Intune, Sharepoint, Exchange online, Purview, Azure subscription və s.) Active Directory, DNS, GPO, DHCP, DFS, PKİ, Powershell Backup və bərpa sistemləri (Veeam Backup & Replication) Monitorinq və loglama alətləri (Prometheus, Grafana, ELK, Zabbix və s.)


  • Problemi həll etmə, analitik düşünmə bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint) - yüksək;
  • Windows və Linux əməliyyat sistemləri - yüksək;
  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( orta), Rus dili (orta).

 

 

İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)


 

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı


Vakansiya haqqında

Son tarix

October 4, 2026

Paylaşılıb

sentyabr 21, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik