"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Şöbə Rəhbəri / İnformasiya təhlükəsizliyi standartları və nəzarəti şöbəsi/ İnformasiya Təhlükəsizliyi İdarəsi

Şöbə Rəhbəri / İnformasiya təhlükəsizliyi standartları və nəzarəti şöbəsi/ İnformasiya Təhlükəsizliyi İdarəsi

Bu gün

38

Təsvir

  • Təşkilat üzrə informasiya təhlükəsizliyinin idarə edilməsi, risklərin idarə olunması və uyğunluq (GRC) istiqamətində strategiya, metodologiya və fəaliyyət planlarının hazırlanmasını və icrasını təmin etmək;
  • İnformasiya təhlükəsizliyi üzrə siyasət, prosedur və standartların hazırlanmasını, tətbiqini və dövri yenilənməsini təmin etmək;
  • ISO/IEC 27001:2022, NIST, CIS Controls və digər beynəlxalq standartlara, həmçinin yerli qanunvericilik və tənzimləyici tələblərə uyğunluğun təmin edilməsinə nəzarət etmək;
  • Daxili və xarici auditlərin, uyğunluq yoxlamalarının planlaşdırılmasını və koordinasiyasını təmin etmək, aşkar edilmiş nöqsanlar üzrə düzəldici tədbirlərin icrasına nəzarət etmək;
  • Üçüncü tərəflərin (vendor), yeni layihə və sistemlərin informasiya təhlükəsizliyi risklərinin və uyğunluq tələblərinin qiymətləndirilməsini təşkil etmək;
  • Təşkilat üzrə informasiya təhlükəsizliyi nəzarət mexanizmlərinin effektivliyini qiymətləndirmək, təhlükəsizlik boşluqlarını müəyyən etmək və təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək;
  • İnformasiya təhlükəsizliyi üzrə maarifləndirmə və təlim proqramlarının hazırlanmasını və həyata keçirilməsini təşkil etmək;
  • GRC üzrə KPI və KRI göstəricilərini müəyyən etmək, risklər, uyğunluq vəziyyəti və təhlükəsizlik boşluqları barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
  • Şöbənin fəaliyyətini idarə etmək, əməkdaşlar arasında iş bölgüsünü aparmaq, onların fəaliyyətini qiymətləndirmək və digər struktur bölmələrlə koordinasiyanı təmin etmək.

Tələblər

  • Təhsil səviyyəsi: Ali (Bakalavr);
  • İnformasiya təhlükəsizliyi standartları və nəzarəti ı sahəsində minimum 5 il iş təcrübəsi;
  • CRISC, CISM, CISA, CISSP, ISO/IEC 27001 Lead Auditor və ya Lead Implementer sertifikatlarından birinin olması üstünlükdür;
  • Qərar Vermə Bacarığı;
  • Problemi Həll etmə Bacarığı;
  •  Təqdimat Bacarıqları;
  • Öyrənmə Qabiliyyəti;
  • Dəyişikliklərə Uyğunlaşmaq Bacarığı;
  • Komandada İşləmə Bacarığı;
  • İdarəetmə Bacarığı;
  • Strateji Düşünmə Qabiliyyəti;
  • Güclü analitik düşünmə və sənədləşdirmə bacarıqları;
  • Həm texniki, həm də biznes tərəfdaşları ilə effektiv ünsiyyət qurmaq və maraqlı tərəflərin (stakeholder) idarə olunması bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək).

 


 

İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)


 

İş yeri:

  • Park Azure / Heydər Əliyev Beynəlxalq Hava Limanı


Vakansiya haqqında

Son tarix

November 1, 2026

Paylaşılıb

oktyabr 23, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik