Yanacaqdolduranların texniki vəziyyətini yoxlamaq və hava gəmilərinə yanacaq doldurulmasına icazə vermək;
Yanacaqdolduranlarda yanacağın keyfiyyətini yoxlamaq və nəzarət talonunu rəsmiləşdirmək;
Perrondakı vəziyyətə davamlı olaraq nəzarət etmək, alınan məlumatlara vaxtında reaksiya vermək, təyyarələrə xidmətin təşkili planına nəzarət etmək və kompüterdə uçuşların monitorinqini aparmaq;
Hava gəmilərini vaxtında yanacaqla təmin etmək üçün İstehsalatın Koordinasiya İdarəsinin, ”Aviation Services Grup”un dispetçer xidməti(supervayzerlə), aviaşirkətlərin nümayəndələri və “AzalOil” YSM İdarəsinin yanacaqdoldurma heyəti ilə radio əlaqə saxlamaq ;
Tələblər
Təhsil: Bakalavr/Peşə ilə bağlı (Azərbaycan Dövlət Neft və Sənaye Üniversiteti, Bakı Ali Neft Məktəbi və Bakı Dövlət Üniversiteti(kimya fakultəsi) məzunları, kimyəvi sınaq laboratoriyalarında iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir)
İş təcrübəsi: minimum 3 il;
Dil bilikləri: Azərbaycan dili – Səlis; İngilis dili - orta; Rus dili – orta (üstünlükdür);
Kompyuter bilikləri: Word, Excel, Outlook, PowerPoint;