"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Təyyarə bələdçilərinin sertifikatlaşması üzrə mütəxəssis

Təyyarə bələdçilərinin sertifikatlaşması üzrə mütəxəssis

01-10-2026

849

Bağlanılıb

Təsvir

  • Təyyarə Bələdçilərinin sertifikatlaşdırılması və sənədləşdirilməsi üzrə bütün fəaliyyətlərin şirkətin məqsədlərinə, tətbiq olunan normativ tələblərə və MN.DMS.001 “Sənəd İdarəetmə Sistemi üzrə Təlimat”da müəyyən edilmiş AHY DMS tələblərinə uyğun həyata keçirilməsini təmin etmək;
  • Uçuş və aviasiya təhlükəsizliyi üzrə yüksək standartlara riayət olunmasına, əməliyyat mükəmməlliyinin, təlimlərin effektivliyinin, standartlaşdırmanın və Təyyarə Bələdçilərinin səriştəlilik səviyyəsinin yüksək səviyyədə saxlanılmasına dəstək olmaq;
  • Təyyarə Bələdçilərinin sertifikatlaşdırılması və sənədləşdirilməsi proseslərini təşkil etmək və müvafiq sənədləri hazırlamaq;
  • Sertifikatların, tibbi sənədlərin və digər müvafiq sənədlərin etibarlılıq müddətlərinə və uyğunluğuna nəzarət etmək;
  • İlkin, yenidən təsdiqləmə, yenilənmə və dövri təlimlərdən sonra müvafiq sertifikatları hazırlamaq və rəsmiləşdirmək;
  • Təlim, uçuş yoxlamaları və sertifikatlaşdırma nəticələrini təsdiq edilmiş sistemlərə vaxtında daxil etmək və məlumat bazasını yeniləmək;
  • Hesabatlar hazırlamaq, audit və yoxlamalar üçün tələb olunan sənədləri toplamaq və təqdim etmək;
  • Uyğunsuzluq və çatışmayan sənədlər barədə aidiyyəti rəhbərləri məlumatlandırmaq və görüləcək tədbirləri koordinasiya etmək;
  • Vəzifə üzrə görülmüş işlər və məsuliyyət sahələri barədə rəhbərliyə hesabat vermək.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – orta; Rus dili – arzuolunandır.
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Sənədlərin düzgün idarə olunması, qeydiyyatı və arxivləşdirilməsi üzrə bacarıq;
  • Diqqətlilik, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı;
  • Öyrənmə və yeni prosesləri tez mənimsəmə qabiliyyəti;
  • Dəyişikliklərə və yeni iş şəraitinə uyğunlaşma bacarığı;
  • Komandada işləmək və digər struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı;
  • Vaxtın düzgün idarə edilməsi və tapşırıqların müəyyən edilmiş müddətlərdə icra olunması bacarığı.


İş yeri

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı.

İş rejimi

  • 5 günlük iş qrafiki (09:00–18:00).


Vakansiya haqqında

Paylaşılıb

oktyabr 1, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər