"Azərbaycan Hava Yolları" QSC

Təyyarə Bələdçisi

29-09-2025

1.3K

Təsvir


  • Hava Gəmisinin göyərtəsində sərnişinləri qarşılamaq;    
  • Sərnişinləri minik talonlarına müvafiq olaraq düzgün yerləşdirmək, həmçinin baqajın, yükün və poçtun yüklənməsinə nəzarət etmək;
  • Uçuş zamanı sərnişinlərə standartlara uyğun yüksək səviyyəli xidmət göstərmək;
  • Hava Gəmisində sərnişinlərin təhlükəsizliyini, operativ ilkin tibbi yardım göstərilməsini təmin etmək;
  • Hava Gəmisində sərnişinlərin ümumi davranış qaydalarına riayət etmələrinə nəzarət etmək;
  • Hava Gəmisinin məişət və mətbəx avadanlığının uçuşa hazırlığına nəzarət etmək;
  • Sərnişinlərə təhlükəsizlik qaydaları barədə aydın və dəqiq məlumat vermək, vizual və praktiki nümayişlər keçirmək;
  • Sərnişinlərin və heyətin təhlükəsizliyini təmin etmək, fövqəladə hallarda təlimata uyğun tədbirlər görmək
  • Şikayət və narazılıqları peşəkarcasına dinləmək, uyğun həllər təklif etmək və müştəri məmnuniyyətini təmin etmək

Tələblər


  • Azərbaycan Respublikasının vətəndaşı olmaq;
  • 20–35 yaş arası olmaq;
  • Xanım namizədlər üçün minimum 160 sm, bəy namizədlər üçün minimum 170 sm boy;
  • Minimum tam orta təhsil;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
  • İngilis dilində ən azı orta səviyyə (fikirləri sərbəst ifadə etmə bacarığı);
  • IELTS, TOEFL və digər beynəlxalq dil sertifikatları üstünlükdür;
  • Rus, Alman, Fransız və digər dillər üzrə biliklər əlavə üstünlükdür;
  • Müştəri yönümlü xidmət mədəniyyəti, yüksək ünsiyyət və komanda işi bacarığı;
  • Stresə davamlılıq və problemləri operativ həll etmə bacarığı.


Əlavə Qeydlər:

  • Təyyarə Bələdçisi vəzifəsi xüsusi korporativ geyimlə icra olunur və əməkdaşlar geyim standartlarına riayət etməlidirlər;
  • Təyyarə Bələdçisi vəzifəsi daim müxtəlif insanlarla ünsiyyət tələb etdiyindən, görünən bədən hissələrində döymə, piercing və digər nişanların olması yolverilməzdir.

 

Seçim Mərhələləri:

  • CV-lərin tələblərə uyğunluğunun yoxlanılması
  • Namizədlərin fiziki göstəricilərinin tələblərə uyğunluğunun yoxlanması (Boy/Çəki və s.)
  • İngilis Dili bilik testi (qrammatika) və dil üzrə şifahi müsahibə.
  • Ümumi müsahibə (İnsan Resursları, Funksiya rəhbərliyi və Peşəkar Psixoloqun iştirakı ilə)
  • Tibbi Müayinə (yerli və beynəlxalq Aviasiya tələblərinə uyğun olaraq müvafiq prosedurların həyata keçirilməsi)
  • İşə Qəbul və Təlimlər


Tez-tez verilən suallara cavab: https://azal.az/az/azal-aviasirketi/karyera#faq


Müraciətlər üçün son tarix nədir?

Vakansiya üçün rəsmi ilkin son müraciət tarixi 31.10.2025-ci ildir. Bununla belə, AZAL İşə Qəbul komandası vakansiya üzrə müraciətləri sistemə daxil olduqdan sonra mərhələli şəkildə dəyərləndirir.

Seçimlər mərhələli şəkildə vakansiya tələblərinə ən uyğun gələn namizədlərdən başlayaraq vakansiyanın son müraciət tarixinə qədər bütün uyğun namizədlər ilə davam edəcək.

Müraciət etdikdən sonra hansı prosess gözlənilir?

İlkin əsas vəzifə tələblərinə uyğun gələn bütün namizədlər SMS/elektron poçt və ya telefon zəngi vasitəsilə cari vakansiya elanında göstərilən seçim mərhələlərini keçmək üçün növbəli şəkildə seçimlərə dəvət olunurlar.

Qeyd:

Hal-hazırda təhsil alan namizədlərin müraciətləri nəzərə alınmayacaq

Bu vəzifə tam məşğulluq və uçuş cədvəllərinə uyğun çevik iş rejimi tələb etdiyindən, yalnız vəzifə öhdəliklərini tam icra edə biləcək namizədlərin müraciətləri dəyərləndiriləcəkdir


Vakansiya haqqında

Son tarix

October 30, 2025

Paylaşılıb

sentyabr 29, 2025

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Gənc mütəxəssis

Kateqoriya

Logistika və nəqliyyat

Oxşar vakansiyalar