Azərbaycan Hava Yolları QSC-nin Hava Gəmisində mövcud olan uçuş heyətini və müvafiq heyət standartlarını nəzərə alaraq vəzifə üzrə namizədlər dəyərləndiriləcək ( “xanım” namizədlərə üstünlük veriləcək).
Vəzifə Öhdəlikləri:
- Hava Gəmisinin göyərtəsində sərnişinləri qarşılamaq;
- Sərnişinləri minik talonlarına müvafiq olaraq düzgün yerləşdirmək, həmçinin baqajın, yükün və poçtun yüklənməsinə nəzarət etmək;
- Uçuş zamanı sərnişinlərə standartlara uyğun yüksək səviyyəli xidmət göstərmək;
- Hava Gəmisində sərnişinlərin təhlükəsizliyini, operativ ilkin tibbi yardım göstərilməsini təmin etmək;
- Hava Gəmisində sərnişinləri ümumi davranış qaydalarına riayət etmələrinə nəzarət etmək;
- Hava Gəmisinin məişət və mətbəx avadanlığının uçuşa hazırlığına nəzarət etmək