Bütün sərnişin və yük gəlirlərinin dəqiq və vaxtında işlənməsini, uyğunlaşdırılmasını və idarəetmə hesabatlarının hazırlanmasını təmin etmək;
Aylıq və illik bağlanış proseslərini icra etmək, gəlirləri hesablamaq və IFRS, eləcə də daxili mühasibat siyasətlərinə uyğun düzəlişlər aparmaq;
IATA standartlarına, IFRS mühasibat prinsiplərinə və aviasiya sənayesinin ən yaxşı təcrübələrinə tam uyğunluğu təmin etmək, bu istiqamətdə effektiv daxili nəzarət mexanizmləri qurmaq;
Gəlir tendensiyalarını izləmək, mümkün uyğunsuzluqları müəyyənləşdirmək, analitik hesabatlar hazırlamaq və rəhbərliyə gəlirlərin optimallaşdırılması üzrə tövsiyələr təqdim etmək;
IATA Clearing House (ICH), SIS və ikitərəfli müqavilələr çərçivəsində interlayn hesablaşmalarını idarə etmək və tərəfdaş aviaşirkətlərlə yaranan məsələlərin vaxtında həllini təmin etmək;
İnterlayn debitor və kreditor borclarını izləmək, hesablaşmaların vaxtında aparılmasını təmin etmək və gecikmələrin qarşısını almaq üçün risklərin idarə edilməsini həyata keçirmək;
SOFI, Amadeus, IATA SIS və digər uçot sistemlərindən peşəkar şəkildə istifadə etmək, proseslərin avtomatlaşdırılması və optimallaşdırılması üzrə təşəbbüslər irəli sürmək;
Gəlir uçotu istiqamətində yeni layihələrdə iştirak etmək, iş axınlarını təkmilləşdirmək və rəqəmsal transformasiya ilə effektivliyin artırılmasına töhfə vermək;
Komanda üzvlərinə mentorluq etmək, təlimlər keçmək və bilik mübadiləsini təşviq etmək.
Tələblər
Təhsil: Ali Təhsil (Maliyyə/ Mühasibat uçotu/ İqtisadiyyat sahələri üzrə);
Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – əla;
Proqram bilikləri: Word, Excel, Outlook, PowerPoint – yüksək səviyyədə bilmək;
Sahə üzrə iş təcrübəsi minimum 3 il;
ACCA (F3, F7) sertifikatlarına sahib olmaq mütləqdir;