"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Uçuş heyətinin təlimlərinin planlaşdırılması üzrə mühəndis

Uçuş heyətinin təlimlərinin planlaşdırılması üzrə mühəndis

Bu gün

344

Təsvir

  • Uçuş heyətinin yerüstü (classroom), simulyator və uçuş təlimlərinin illik və dövri planlarının hazırlanması və icrasına nəzarət etmək;
  • Təlimlərin vaxtında və təsdiq olunmuş proqramlara uyğun keçirilməsini təmin etmək məqsədilə uçuş heyətinin kurslara cəlb olunmasına nəzarət etmək;
  • Uçuş heyətinin sayına və ehtiyaclara uyğun olaraq trenajor mərkəzlərində simulyator slotlarının sifariş edilməsini təşkil etmək;
  • Sifariş olunmuş trenajor slotlarının düzgün istifadəsinə, icrasına və dəyişikliklərin operativ idarə olunmasına nəzarət etmək;
  • Simulyator və uçuş təlimlərinin planlaşdırılması və koordinasiyasını müvafiq təlim mərkəzləri, instrukturlar və daxili struktur bölmələri ilə birgə həyata keçirmək;
  • Sinif (yerüstü) təlimləri üçün təlim otaqlarının planlaşdırılmasını və istifadəsini təşkil etmək;
  • Ölkəxarici təlimlərin planlaşdırılmasını həyata keçirmək, ezamiyyət proseslərini (sənədləşmə, qrafik, koordinasiya) təşkil etmək və keçirilən təlimlərə nəzarət etmək;
  • Bütün növ kurslar və trenajor məşğələləri üzrə məlumatların müvafiq kompüter proqramlarında və məlumat bazalarında düzgün və vaxtında qeydiyyata alınmasını təmin etmək;
  • Təlimlərlə bağlı sənədlərin, sertifikatların və hesabatların uçuş heyətinin şəxsi işlərində normativ tələblərə uyğun şəkildə saxlanılmasına nəzarət etmək;
  • Keçirilmiş bütün təlimlər üzrə dövri və tələb əsasında hesabatlar hazırlamaq və şöbə rəhbərinə təqdim etmək;
  • Təlim planlaşdırılması prosesində tətbiq olunan qayda və prosedurların daim aktual saxlanılmasına dəstək vermək.

Tələblər

  • Təhsil: Bakalavr;
  • Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – səlis;
  • Kompüter bilikləri: MS Office;
  • Ünsiyyət bacarıqları (yazılı, şifahi);
  • Danışıqların aparılması bacarığı;
  • Qərar vermə bacarığı;
  • Problemi həll etmə bacarığı;
  • Təqdimat bacarığı;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Komandada işləmə bacarığı.

 

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı

 

İş rejimi:

  • 5 günlük qrafik 09:00-18:00

 

Qeyd:

  • Milli Aviasiya Akademiyası məzunlarına üstünlük verilir.

Vakansiya haqqında

Son tarix

January 15, 2026

Paylaşılıb

yanvar 9, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər