"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Uçuş yararlılığı və texniki xidmət üzrə aparıcı auditor

Uçuş yararlılığı və texniki xidmət üzrə aparıcı auditor

Bu gün

290

Təsvir

  • CAMO / MNT prosesləri üçün SafetyManager365 istifadə etməklə audit planları, audit hesabatları hazırlamaq və icra etmək;
  • Planlaşdırılmış və ya yaxınlaşan auditlər üçün monitorinq əmrlərini hazırlamaq;
  • Auditin əhatə dairəsinə uyğun olaraq, zərurət olduqda yoxlama siyahılarını nəzərdən keçirmək və/və ya hazırlamaq;
  • Uçuş yararlılığı və texniki xidmət sahələri ilə bağlı digər proseslərin bütün əhatə dairəsini əhatə edən proses auditləri və/və ya inspeksiyalar aparmaq;
  • Əməliyyat Risklərinin İdarə Edilməsi və Komplayens İdarə rəisi və ya məsul şəxs/Baş əməliyyat İnzibatçısı tərəfindən tələb olunduqda ad-hoc auditlər/inspeksiyalar aparmaq;
  • Audit məlumatlarını toplamaq və təhlil etmək;
  • Auditlə bağlı KPI-ları (məsələn, auditlərin tamamlanma faizi, CAPA bağlanma müddəti, təkrarlanan uyğunsuzlar) aylıq olaraq izləmək və Əməliyyat Risklərinin İdarə Edilməsi və Komplayens İdarə rəisinə təqdim etmək;
  • Öz səlahiyyəti altında olan auditorlarla həftəlik görüşləri koordinasiya etmək, komandanın bütün fəaliyyətlərini izləmək və Əməliyyat Risklərinin İdarə Edilməsi və Komplayens İdarə rəisinə hesabat təqdim etmək;
  • Audit uyğunsuzluqlarının Təhlükəsizlik İdarəetmə Sistemində inteqrasiyasını təmin etmək məqsədilə şöbələrarası SMS–CMS iclaslarında iştirak etmək;
  • İslahedici və qabaqlayıcı tədbirlərin effektivliyini auditlərin izlənməsi vasitəsilə yoxlamaq;
  • Audit sənədlərini idarə etmək və ISO 19011 və IOSA standartlarına uyğunluğu təmin etmək;
  • DMAA, Bemuda Regulatory Authority və ya digər təşkilatlar tərəfindən aparılan auditlərdə tələb olunduğu halda iştirak etmək və dəstək vermək;
  • Auditin icrası üçün tələb olunan əməliyyat qeydlərini, təlimat kitabçalarını tələb etmək və sistemləri nəzərdən keçirmək;
  • Yüksək riskli və ya sistematik uyğunsuzluqları Əməliyyat Risklərinin İdarə Edilməsi və Komplayens İdarə rəisinə eskalasiya etmək;
  • Effektivlik yoxlamalarından sonra islahedici və qabaqlayıcı tədbirləri (CAPA) təsdiqləmək və bağlamaq.

Tələblər

  • Təhsil: Bakalavr (Təyyarə mühəndisliyi və ya aviasiya ilə əlaqəli sahə);
  • Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – səlis;
  • Minimum 5 il iş təcrübəsi (CAMO və ya Part 145 üzrə)
  • Kompüter bilikləri: MS Office;
  • Keyfiyyət İdarəetmə Sistemi (QMS) alətləri (məsələn, SafetyManager365), məlumatların təhlili və KPI panellərinin idarə edilməsi üzrə peşəkar bacarıqlar;
  • Ünsiyyət bacarıqları (yazılı, şifahi);
  • Danışıqların aparılması bacarığı;
  • Qərar vermə bacarığı;
  • Problemi həll etmə bacarığı;
  • Təqdimat bacarığı;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Komandada işləmə bacarığı.


İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı

 

İş rejimi:

  • 5 günlük qrafik 09:00-18:00


Vakansiya haqqında

Son tarix

December 1, 2026

Paylaşılıb

noyabr 24, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Digər