"Azərbaycan Hava Yolları" QSC

Ümumi şöbə/ Korrektor

Bu gün

13

Təsvir

  • Məktub, korporativ yazışma, arayış, məlumat və digər rəsmi sənədlərin hazırlanması və redaktə edilməsi;
  • Sənədlərin məzmun, struktur, orfoqrafik, qrammatik, leksik və üslubi baxımdan yoxlanılması;
  • Yazılı materiallarda aşkar edilmiş uyğunsuzluq və səhvlərin müəyyən edilməsi və aradan qaldırılması;
  • Elektron sənəd dövriyyəsi sisteminə yüklənən çıxış sənədlərinin dil və yazı qaydalarına uyğunluğunun yoxlanılması;
  • Normativ-hüquqi və daxili tələblərə uyğun sənədləşmə işlərinin həyata keçirilməsi;
  • Terminlərin, xüsusi adların və digər ifadələrin düzgün istifadəsinin təmin edilməsi;
  • Sənədlərin tərtibat və rəsmi yazışma qaydalarına uyğunluğunun təmin edilməsi;
  • Sənədlərin yoxlanılması və redaktəsi zamanı struktur bölmələrin məsul əməkdaşları ilə effektiv yazılı və şifahi kommunikasiya qurulması;
  • Mətnlərdə aparılmış korrektələrin zəruriliyini əsaslandırmaq və müvafiq düzəlişlər üzrə təkliflər verilməsi.

Tələblər

  • Filologiya, jurnalistika və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
  • Müvafiq sahədə 1 il iş təcrübəsi;
  • Mətnlərin redaktəsi və rəsmi sənədləşmə qaydalarını bilmək;
  • Azərbaycan dilinin orfoqrafik, qrammatik, leksik və üslubi normalarını bilmək və tətbiq etmək;
  • Normativ-hüquqi sənədlər, terminlər və xüsusi adlarla düzgün işləmək bacarığı;
  • Mətnlərin dil normalarına uyğunluğunu qiymətləndirmək, redaktə və korrektə etmək bacarığı;
  • Detallara diqqətli, məsuliyyətli və işləri vaxtında yerinə yetirmək bacarığı;
  • Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;
  • Microsoft Office proqramları və elektron sənəd dövriyyəsi sistemlərindən istifadə bacarığı;
  • Elektron mühitdə sənədlərin hazırlanması, yoxlanılması və redaktə edilməsi bacarığı.

Vakansiya haqqında

Son tarix

September 16, 2026

Paylaşılıb

sentyabr 11, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər