"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Xarici kommunikasiyalar üzrə aparıcı mütəxəssis

Xarici kommunikasiyalar üzrə aparıcı mütəxəssis

10-09-2025

783

Təsvir

  • Xarici kommunikasiya strategiyasına uyğun olaraq press-relizlərin, çıxışların, məqalələrin və müsahibələrin hazırlanması;
  • Aparıcı media qurumları və jurnalistlərlə əməkdaşlığın qurulması və möhkəmləndirilməsi;
  • Jurnalistlər və media nümayəndələrindən daxil olan sorğuların operativ cavablandırılması;
  • Böhran kommunikasiyalarının hazırlanması və effektiv idarə olunması;
  • Mətbuat konfransları, brifinqlər, press-turlar və digər media tədbirlərinin təşkili, onların əsas media platformalarında geniş işıqlandırılmasının təmin edilməsi;
  • Şirkətin beynəlxalq imicini gücləndirəcək PR layihələrinin hazırlanması və həyata keçirilməsi;
  • İnflüenserlərlə əməkdaşlıq əlaqələrinin qurulması və idarə olunması;
  • Şirkətin reputasiyasına təsir edə biləcək xəbərlərin mütəmadi monitorinqi;
  • Rəhbərliyin qərarlarının icrasını təmin etmək və görülən işlərin cari vəziyyəti, nəticələri barədə vaxtında məlumat təqdim etmək.

Tələblər

  • Təhsil səviyyəsi - Magistr;
  • Xarici kommunikasiyalar sahəsində minimum 3 il iş təcrübəsi;
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili (əla);
  • Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
  • Danışıqların aparılması bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Təqdimat bacarıqları;
  • Microsoft Office proqramları (MS Word, PowerPoint, Excel – əla səviyyədə).


İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00


İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı

Vakansiya haqqında

Son tarix

September 16, 2025

Paylaşılıb

sentyabr 10, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Digər