Həyata keçirilmiş xərclərin strukturlaşdırılmış şəkildə təhlil olunması, bu istiqamətdə rüblük və illik maliyyə icmallarının tərtib edilməsi və müvafiq qurumlara təqdim olunması;
Satınalmalar İdarəsindən daxil olan müqavilə layihələrinin və yeni alışlarla bağlı sorğuların maliyyə baxımından təhlili, risklərin və uyğunsuzluqların qiymətləndirilməsi, habelə əsaslandırılmış rəyin təqdim edilməsi;
Xərclərlə bağlı müqavilələr üzrə monitorinqlərin aparılması və icra prosesinə daimi nəzarətin həyata keçirilməsi;
Dövri əsasda ətraflı xərc hesabatlarının hazırlanması, bu hesabatların analitik formada təqdim edilməsi və idarəetmə qərarlarının verilməsində istifadə üçün aidiyyəti şöbələrə ötürülməsi;
Xərc xarakterli müqavilələrin dərin təhlilinin aparılması, onların icrası üzrə maliyyə nəticələrinin qiymətləndirilməsi və rüblük və illik hesabatların formalaşdırılaraq rəhbərliyə təqdim olunması;
Şirkətin daxili siyasət və prosedurlarına uyğun olaraq xərclərin idarə olunması ilə bağlı nəzarət mexanizmlərinin tətbiqi və bu istiqamətdə proseslərin təkmilləşdirilməsinə dair təşəbbüslərin irəli sürülməsi;
Xərclərin səmərəliliyini və qənaət imkanlarını müəyyən etmək məqsədilə müqayisəli (benchmarking) təhlillərin aparılması və nəticələr üzrə tövsiyələrin hazırlanması;
Müxtəlif layihələr üzrə xərclərin məqsədyönlü və səmərəli şəkildə bölgüsünün təmin olunması, həmçinin büdcəyə uyğunluğuna nəzarət edilməsi.
Tələblər
Təhsil: İqtisadiyyat, Maliyyə, Menecment və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi;
Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – əla, Rus dili – (arzuolunandır);
Sertifikatlar: ACCA F2 və F3 sertifikatlarının mövcudluğu üstünlükdür;
Kompüter bilikləri: MS Excel – yüksək səviyyə (pivot table, lookup-lar, formullar, dashboard yanaşması), MS PowerPoint – analitik təqdimatların hazırlanması, MS Word – rəsmi yazışmalar;
SQL və Power BI bilikləri – üstünlükdür;
İş təcrübəsi: minimum 1–2 il (aviasiya, nəqliyyat, logistika və ya iri korporativ strukturlarda təcrübə üstünlükdür);
Xərclərin təhlili, strukturlaşdırılması və müqayisəli analiz bacarığı;
Büdcə, faktiki xərclər və kənarlaşmaların (variance analysis) analizi;
Rəqəmlərlə işləmək və nəticə yönümlü düşüncə;
Power BI / SQL – biliklərin olması üstünlükdür;
Detallara diqqət və məsuliyyət;
Effektiv ünsiyyət və komandada işləmək bacarığı.
İş qrafiki:
Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət);