"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Xərclərə Nəzarət Şöbəsi/ İqtisadçı

Xərclərə Nəzarət Şöbəsi/ İqtisadçı

Dünən

221

Təsvir

  • Həyata keçirilmiş xərclərin strukturlaşdırılmış şəkildə təhlil olunması, bu istiqamətdə rüblük və illik maliyyə icmallarının tərtib edilməsi və müvafiq qurumlara təqdim olunması;
  • Satınalmalar İdarəsindən daxil olan müqavilə layihələrinin və yeni alışlarla bağlı sorğuların maliyyə baxımından təhlili, risklərin və uyğunsuzluqların qiymətləndirilməsi, habelə əsaslandırılmış rəyin təqdim edilməsi;
  • Xərclərlə bağlı müqavilələr üzrə monitorinqlərin aparılması və icra prosesinə daimi nəzarətin həyata keçirilməsi;
  • Dövri əsasda ətraflı xərc hesabatlarının hazırlanması, bu hesabatların analitik formada təqdim edilməsi və idarəetmə qərarlarının verilməsində istifadə üçün aidiyyəti şöbələrə ötürülməsi;
  • Xərc xarakterli müqavilələrin dərin təhlilinin aparılması, onların icrası üzrə maliyyə nəticələrinin qiymətləndirilməsi və rüblük və illik hesabatların formalaşdırılaraq rəhbərliyə təqdim olunması;
  • Şirkətin daxili siyasət və prosedurlarına uyğun olaraq xərclərin idarə olunması ilə bağlı nəzarət mexanizmlərinin tətbiqi və bu istiqamətdə proseslərin təkmilləşdirilməsinə dair təşəbbüslərin irəli sürülməsi;
  • Xərclərin səmərəliliyini və qənaət imkanlarını müəyyən etmək məqsədilə müqayisəli (benchmarking) təhlillərin aparılması və nəticələr üzrə tövsiyələrin hazırlanması;
  • Müxtəlif layihələr üzrə xərclərin məqsədyönlü və səmərəli şəkildə bölgüsünün təmin olunması, həmçinin büdcəyə uyğunluğuna nəzarət edilməsi.

Tələblər

  • Təhsil: İqtisadiyyat, Maliyyə, Menecment və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi;
  • Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – əla, Rus dili – (arzuolunandır);
  • Sertifikatlar: ACCA F2 və F3 sertifikatlarının mövcudluğu üstünlükdür;
  • Kompüter bilikləri: MS Excel – yüksək səviyyə (pivot table, lookup-lar, formullar, dashboard yanaşması), MS PowerPoint – analitik təqdimatların hazırlanması, MS Word – rəsmi yazışmalar;
  • SQL və Power BI bilikləri – üstünlükdür;
  • İş təcrübəsi: minimum 1–2 il (aviasiya, nəqliyyat, logistika və ya iri korporativ strukturlarda təcrübə üstünlükdür);
  • Xərclərin təhlili, strukturlaşdırılması və müqayisəli analiz bacarığı;
  • Büdcə, faktiki xərclər və kənarlaşmaların (variance analysis) analizi;
  • Rəqəmlərlə işləmək və nəticə yönümlü düşüncə;
  • Power BI / SQL – biliklərin olması üstünlükdür;
  • Detallara diqqət və məsuliyyət;
  • Effektiv ünsiyyət və komandada işləmək bacarığı.


İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət);

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı

Vakansiya haqqında

Son tarix

February 13, 2026

Paylaşılıb

fevral 9, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

Oxşar vakansiyalar