"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Xəzinədarlıq şöbəsi/ Ekspert

Xəzinədarlıq şöbəsi/ Ekspert

Dünən

923

Təsvir

  • Kreditlər, istiqraz buraxılışları və digər maliyyələşmə alətləri üzrə kompleks analitik təhlillərin aparılması;
  • Borclanma portfelinin və müddət strukturunun təhlili, borclara xidmət göstəricilərinin (DSCR və digər əsas maliyyə metriklərinin) hesablanması və monitorinqi;
  • CAPEX layihələri üzrə pul axınlarının modelləşdirilməsi, maliyyələşmə ehtiyaclarının və optimal maliyyə strukturlarının qiymətləndirilməsi;
  • Kredit və istiqraz sənədlərinin (Term Sheet, Loan Agreement, Prospectus əlavələri və s.) maliyyə bölmələrinin təhlili və rəy hazırlanması;
  • Banklar, investorlar və maliyyə məsləhətçiləri üçün tələb olunan maliyyə hesabatlarının, məlumat paketlərinin və təqdimat materiallarının hazırlanması;
  • Rəhbərlik üçün maliyyələşmə alternativləri üzrə qısa analitik arayışların və qərarvermə yönümlü təqdimatların hazırlanması;
  • Gündəlik likvidlik mövqeyinin monitorinqi və effektiv idarə olunması;
  • Qısa və orta müddətli pul axını proqnozlarının hazırlanması, mütəmadi yenilənməsi və faktiki göstəricilərlə müqayisəli təhlili;
  • Valyuta və faiz dərəcəsi risklərinin monitorinqi, hedcinq əməliyyatları üzrə analitik dəstəyin göstərilməsi;
  • Borclanma layihələri ilə bağlı dövlət qurumları üçün müvafiq hesabatların və arayışların hazırlanması;
  • Xəzinədarlıq fəaliyyətinə dair periodik hesabatların, idarəetmə dashboardlarının və əsas performans göstəricilərinin (KPI) hazırlanması.

Tələblər

  • Təhsil: Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat sahələri üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • CFA və ya ACCA sertifikatının mövcudluğu (mütləq tələb);
  • Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – əla səviyyədə;
  • Microsoft Office proqramları (Word, Excel, Outlook, PowerPoint) – yüksək səviyyədə;
  • Analitik düşünmə və təhlil aparma bacarığı;
  • Problemlərin effektiv həlli bacarığı;
  • Dəyişikliklərə tez uyğunlaşma qabiliyyəti;
  • Komandada işləmək bacarığı.


  • İş qrafiki: 5 günlük;
  • İş yeri: Azure ofis (Xətai rayonu).

Vakansiya haqqında

Son tarix

March 5, 2026

Paylaşılıb

fevral 26, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər