"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Yanacaq sürtkü materiallarının keyfiyyətinə laborator nəzarət üzrə mühəndis

Yanacaq sürtkü materiallarının keyfiyyətinə laborator nəzarət üzrə mühəndis

16-12-2024

2.6K

Təsvir


“AZAL OİL” YSM İdarəsinin Yanacaq sürtkü materiallarının keyfiyyətinə laborator nəzarət üzrə mühəndisi

 

Vəzifə öhdəlikləri:



  • Yanacaq-sürtkü materialları laboratoriyasına daxil olan aviasiya yanacaq-sürtkü materiallarının nümunələrinin (probların) fiziki-kimyəvi analizlərini vaxtında və operativ şəkildə aparmaq, analizlərin nəticələrinə əsasən rəy hazırlamaq;
  • Aviasiya yanacaq sürtkü materiallarının bütün davam edən təhlillərinin nəticələrinin və hesablamalarının işçi jurnallarını aparmaq;
  • Aviasiya yanacaq sürtkü materiallarından nümunələri (probları) qəbul etmək, onların şifrələnməsini, uçotunu, saxlanmasını, qablaşdırılmasını və digər laboratoriyalara göndərilməsini təmin etmək;
  • Aviasiya yanacaq sürtkü materiallarına pasport və təhlillər vermək və imzalamaq;
  • Təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək;
  • Qurğuların, alətlərin və digər laboratoriya avadanlıqlarının yaxşı vəziyyətinə nəzarət etmək, sadə tənzimləmə və korrektələr aparmaq;
  • Müəyyən edilmiş sənədləşməni aparmaq;
  • Laboratoriya şüşə qablarını yumaq, yanacaq və sürtkü materiallarından nümunələr (problar) götürmək üçün qablar hazırlamaq;
  • AZS İSO/İEC 17025 Standartının tələblərinə müvafiq idarəetmə sisteminin həyata keçirilməsi; qorunması; saxlanması və təkmilləşdirilməsində iştirak etmək. 

Tələblər

  • Təhsil: Ali Təhsil/Peşə ilə bağlı təhsil;
  • Dil bilikləri: Azərbaycan dili – Ana dili; İngilis dili – yaxşı; Rus dili – yaxşı;
  • Kompyuter bilikləri: Word, Excel, Outlook, PowerPoint;
  • İş təcrübəsi: minimum 3 il;
  • Komandada işləmək bacarığı;
  • İşə planlı yanaşması;
  • Öz üzərində daima çalışmaq.


  • İş rejimi:

İlkin olaraq 5 günlük iş rejimi. Sonradan növbəli iş rejimi.

  • İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı


Vakansiya haqqında

Son tarix

dekabr 29, 2024

Paylaşılıb

dekabr 16, 2024

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Kateqoriya

Digər