"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Yerüstü Xidmət İdarəsi/Hava Gəmisinin yerüstü xidməti üzrə kiçik mütəxəssis

Yerüstü Xidmət İdarəsi/Hava Gəmisinin yerüstü xidməti üzrə kiçik mütəxəssis

Dünən

58

Təsvir

  • Hava gəmisinə yerüstü xidmət proseslərinin təsdiq edilmiş prosedurlara uyğun icrasına nəzarət etmək;
  • Perron ərazisində yerüstü xidmət proseslərini operativ şəkildə koordinasiya etmək;
  • Turnaround prosesinin vaxtında və düzgün icrasını təmin etmək;
  • Yerüstü xidmət heyətinin fəaliyyətini əlaqələndirmək və əməliyyat intizamına nəzarət etmək;
  • Potensial gecikmələri və əməliyyat risklərini vaxtında müəyyən etmək və müvafiq tədbirlər görmək;
  • Qeyri-standart hallarda operativ tədbirlər həyata keçirmək və aidiyyəti struktur bölmələri məlumatlandırmaq;
  • Perron avadanlıqlarının və texniki vasitələrin düzgün və səmərəli istifadəsinə nəzarət etmək;
  • Əməkdaşların təhlükəsizlik və daxili prosedur tələblərinə riayət etməsini təmin etmək;
  • Yerüstü xidmət zamanı aşkar olunan problemlərin operativ həllini və aidiyyəti tərəflərlə koordinasiyanı təmin etmək;
  • Yerüstü xidmət proseslərinin keyfiyyət və səmərəliliyinə nəzarət etmək;
  • Görülən işlər və qeyri-standart hallar barədə rəhbərliyə müvafiq məlumatları təqdim etmək.


Tələblər

  • Ali təhsil bakalavr dərəcəsi;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Aviasiya, yerüstü xidmət və ya nəqliyyat sahəsində iş təcrübəsi üstünlükdür;
  • İngilis dili səlis, Rus dili arzuolunandır;
  • MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarında işləmək bacarığı;
  • Yerüstü xidmət və turnaround prosesləri haqqında ümumi bilik;
  • Aviasiya və əməliyyat təhlükəsizliyi tələbləri barədə məlumatlılıq;
  • Güclü ünsiyyət və koordinasiya bacarığı;
  • Danışıqlar aparmaq və effektiv əməkdaşlıq etmək bacarığı;
  • Operativ qərarvermə və problem həll etmə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Dəyişikliklərə və gözlənilməz vəziyyətlərə çevik uyğunlaşmaq bacarığı;
  • Stressli və dinamik iş mühitində işləmək bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik, operativlik və yüksək iş intizamı;
  • Növbəli iş rejimində işləməyə hazır olmaq.


İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı

İş rejimi: Növbəli


Vakansiya haqqında

Son tarix

September 7, 2026

Paylaşılıb

avqust 25, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər