"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Yerüstü Xidmət İdarəsi/Terminalda sərnişin xidməti üzrə supervayzer

Yerüstü Xidmət İdarəsi/Terminalda sərnişin xidməti üzrə supervayzer

Dünən

60

Təsvir

  • Terminalda sərnişin xidmətlərinin müəyyən edilmiş prosedur və xidmət standartlarına uyğun həyata keçirilməsinə nəzarət etmək;
  • Qeydiyyat prosesinin uçuş cədvəlinə uyğun vaxtında açılıb-bağlanmasını və prosesin düzgün təşkilini təmin etmək;
  • Sərnişin xidmətləri üzrə gündəlik əməliyyat proseslərini koordinasiya etmək;
  • Qeyri-standart hallarda, o cümlədən overbooking, gecikmə, reys ləğvi və rerouting zamanı sərnişinlərin vaxtında və düzgün məlumatlandırılmasını təmin etmək;
  • Qeyri-standart hallarda sərnişinlərə göstərilən müvafiq xidmətlərin müəyyən edilmiş prosedurlara uyğun təşkilinə nəzarət etmək;
  • Xüsusi kateqoriyalı sərnişinlərə göstərilən xidmətlərin prosedurlara uyğun və keyfiyyətli təşkilinə nəzarət etmək;
  • OCC, növbə rəisi, təhlükəsizlik, sərhəd xidməti və digər aidiyyəti qurumlarla operativ koordinasiyanı təmin etmək;
  • Terminalda sərnişin axınının və xidmət proseslərinin səmərəli idarə olunmasına nəzarət etmək;
  • Xidmət zamanı yaranan nöqsanları və problemləri müəyyən etmək, onların operativ həlli üçün müvafiq tədbirlər görmək;
  • Aşkar edilmiş nöqsanlar barədə rəhbərliyi vaxtında məlumatlandırmaq və xidmət keyfiyyətinin artırılması üzrə təkliflər vermək;
  • Sərnişin məmnuniyyətinin və yüksək xidmət keyfiyyətinin təmin edilməsinə nəzarət etmək.


Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Aviasiya, hava limanı, sərnişin xidmətləri və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi üstünlükdür;
  • İngilis dili səlis, Rus dili arzuolunandır;
  • MS Word, MS Excel və MS Outlook proqramlarında işləmək bacarığı;
  • Sərnişin xidmətləri və hava limanı əməliyyatları haqqında bilik;
  • Qeydiyyat, boarding və sərnişin xidmətləri prosesləri barədə anlayış;
  • Qeyri-standart və stressli vəziyyətlərdə operativ qərarvermə bacarığı;
  • Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Problem həll etmə və operativ qərarvermə bacarığı;
  • Komandada işləmək və müxtəlif struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı;
  • Dəyişikliklərə və gözlənilməz vəziyyətlərə çevik uyğunlaşmaq bacarığı;
  • Sərnişinyönümlü yanaşma və yüksək xidmət mədəniyyəti;
  • Məsuliyyətlilik, diqqətlilik, operativlik və yüksək iş intizamı;
  • Növbəli iş rejimində işləməyə hazır olmaq.


İş yeri: Heydər Əliyev adın Beynəlxalq Hava Limanı

İş rejimi: Növbəli

Vakansiya haqqında

Son tarix

September 7, 2026

Paylaşılıb

avqust 25, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Supervayzer

Kateqoriya

Digər