AZBADAM MMC

Elektrik

25-09-2024

1.4K

Bağlanılıb

Təsvir

  • Elektrik olaraq avadanlıqların quraşdırılmasını və təmirini bacarmalı
  • Kabellərin növlərini, təyinatlarını bilməli və tətbiqinə dair təcürbəyə malik olmalı
  • Elektrik çertyojlarına bələd olmalı, onları oxumağı, izah etməyi və iş prosesində tətbiq etməyi bacarmalı
  • Çertyoj əsasında işi təşkil etməli, detalları analiz edərək uyğunlaşdırmağı, yerləşdirməyi və tərkib hissələrini quraşdırmağı bacarmalı
  • Sahəyə müvafiq elektrik alət və avadanlıqlardan, xüsusi vasitələrdən sərbəst və təhlükəsiz istifadə bacarığı olmalı
  • Müxtəlif ölçüdə kabellərin quraşdırılması və bağlanmasını bilməli
  • Zavodun təhlükəsizlik qaydalarına əməl etməli və öhdəlik götürməli
  • Təhkim edilmiş alət və avadanlıqları texniki cəhətdən saz vəziyyətdə saxlamalı
  • Verilən təlimatları dəqiq və təhlükəsiz şəkildə icra etməli
  • Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması
  • Gərginliyin 1000 V-ə qədər olan xətlərin kəsilməsi, calaq edilməsi, izolə edilməsi və lehimlənməsi
  • Mürəkkəb olmayan işıqlandırıcı armaturun elektrik açarlarının, ştepsel qablarının, divar patronlarının və sənaye projektorlarının sazlanması və qurulması
  • Elektrik mühərriklərinin stator və rotorlarının sarğılarının və paylaşdırıcı şəbəkənin izolyasiya müqavimətinin meqometrlə yoxlanılması

Tələblər

  • Sahə üzrə orta ixtisas və ya ali təhsil
  • Elektrik olaraq minimum 2 illik iş təcrübəsi
  • İstehsalat zərurəti olduqda əlavə iş vaxtında işləmək imkanı
  • Subordinasiya qaydalarına uyğunlaşmaq və kollektivdə işləmə bacarığı
  • Zavod və istehsalat sahəsində təcrübə üstünlükdür
  • Elektrik qurğularının və enerji avadanlıqlarının qurulması, istismarı qaydalarını bilmək;
  • Sahənin qüvvədə olan standart və texniki şərtlərini bilməli;
  • Texniki istismar qaydalarını (TİQ), Təhlükəsizlik texnikası qaydalarını(TTQ), Yanğın təhlükəsizlik qaydalarını bilməli(YTQ)

Ümumi Məlumat:

  • İş yeri: Türkan qəsəbəsi Azbadam Badam Emalı Zavodu
  • İş vaxtı : 1 – 5 ci günlər 08:00 – 17:00


Vakansiya haqqında

Son tarix

oktyabr 30, 2024

Paylaşılıb

sentyabr 25, 2024

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Digər

Təhsil

Orta təhsil

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı

İmtiyazlar

  • Nəqliyyat
  • Nahar təminatı
  • Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar