Azerbaijan Supermarket LLC (Bravo)

Satıcı-kassir

Bu gün

6

Təsvir

·       Malların adının, ümumi qiymətinin, çəki/miqdarının kassa aparatının ekranında əks olunmasına və reallığa uyğunluğuna əmin olduqdan sonra yekun hesabı alıcıya bildirmək, eləcə də açıla bilən qutularda olan məhsulları açıb yoxlamaq;

·       Satışı reallaşmış malların yekun hesabını alıcıdan nağd formada sayaraq qəbul etmək, eləcə də ödənişin nağdsız qaydada post terminal və ya şirkətdə keçərli olan xüsusi ödəniş kartları vasitəsilə həyata keçirilməsini təmin etmək, alıcılara onların alış-veriş qəbzlərini təqdim etmək, əgər hesab qalığı varsa geri qaytarmaq;

·       Pulları məsul şəxslərlə birlikdə təlimata uyğun saymaq, ümumi məbləğin satılmış malların satış dəyəri ilə uyğunluğunu yoxlamaq və əmin olmaq;

·       Yaşa görə məhdudiyyət qoyulan mallar üçün alıcıların yaşının uyğunluğunu yoxlamaq və qanunvericiliyin tələblərinə əməl etmək;

·       Kassada kifayət qədər xırda pul olmadığı təqdirdə baş xəzinədara və ya məsul şəxsə məlumat vermək;

·       İş qrafikinin başlanğıcında və sonunda pul qutusunun (float) təhvil və təslim prosesini həyata keçirmək;

·       Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək, işlərin icrasını və fasilələrin istifadəsini təyin edilmiş qrafikə uyğun həyata keçirmək;

·       Məhsulları FİFO və FEFO qaydalarına uyğun olmaqla rəflərə yerləşdirmək.

·       Qiymət etiketlərinin mövcudluğunu mütəmadi yoxlamaq, yenilənmiş qiymət və endirim etiketlərini vaxtlı-vaxtında yerləşdirmək.

·       Məhsulların keyfiyyəti və son istifadə tarixləri üzrə mütəmadi yoxlanışlar həyata keçirmək, əlaqəli problemləri aşkar edib vaxtında aradan qaldırmaq.

·       Məhsul ehiyatlarına və sifarişlərin düzgünlüyünə nəzarət etmək, ehtiyac olduqda sifarişləri icra etmək.

·       Kassa aparatları, POS-terminallar və nəzərdə tutulmuş digər ödəniş cihazlarından düzgün istifadə etmək, kassa əməliyyatlarını dəqiqliklə icra etmək.

·       Rəflərin, kassa zonasının, ümumi satış sahəsinin, arxa ofisin və ümumi istifadə yerlərinin (mətbəx, sanitar qovşaq və s.) səliqəli təmiz olmasını təmin etmək. Təmizlik işlərini qrafik üzrə həyata keçirmək.

·       İş ərazisinin, cihaz və avadanlıqların gigiyena qaydalarına uyğun şəkildə təmizliyini təmin etmək və avadanlıqları texniki istifadə qaydalarına uyğun istifadə etmək;

·       Yüksək səviyyəli xidmət təmin edərək müştəriləri qarşılamaq və onlara suallarını cavablamaq, təklif və ya şikayətləri həll etmək və ya qeydə alıb daha birbaşa rəhbərliyə təqdim etmək.

·       Səliqəli görünmək, geyim (iş forması, yaxalıq və s.) və şəxsi gigiyena qaydalarına riayət etmək.

·       İş prosesində muhafizə və təhlükəsizlik qaydalarına, daxili normativ qaydalara (SƏTƏM, SOP və s.) və qanunvericilik tələblərinə (AQTA və s.) riayət etmək.

Tələblər

· Təhsil: Orta və ya Ali

· İş təcrübəsi: Vacib deyil

· Cins: Bəy və Xanım namizədlər

· Kollektivlə işləmək bacarığı

·Tələbələrin müraciət etməsi mümkündür


İş şərtləri:

· İş qrafiki: 6 günlük iş həftəsi

· İş vaxtı: 3 növbəli - 07:00-16:00; 14:00-23:00; 17:00-02:00 (Yalnız gecə 2-də işdən çıxdıqda şirkət tərəfindən qarşılanır taksi xərci)

Vakansiya haqqında

Son tarix

September 29, 2026

Paylaşılıb

avqust 21, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1 ilədək

Vəzifə dərəcəsi

Digər

Təhsil

Orta təhsil

Kateqoriya

Satış və müştəri xidmətləri